Millət vəkilindən ÇAĞIRIŞ: “ “McDonald’s”ı boykot etməyə qoşulun”

Millət vəkilindən ÇAĞIRIŞ: “ “McDonald’s”ı boykot etməyə qoşulun”

“Uzun illərdi ki, Azərbaycanda fəaliyyət göstərən “McDonald’s” şəbəkəsi milyonlarla pul qazanmaqdadı. Azərbaycanın bir aydan artıq apardığı Vətən müharibəsində şirkətin sosial şəbəkələrdə xalqımızla birgə olmasına yanaşma tamamilə ədalətlidir”.

Cebhe.info xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

Deputat hər kəsi “McDonald’s” Azərbaycanı boykot etməyə çağırıb:

“McDonald’s” Azərbaycan restoranlar şəbəkəsinin “İnstaqram” səyfəsində Qarabağ müharibəsi mövzusunda etdiyi paylaşmalarını sonradan silməsi haqlı olaraq sosial seqmentdə etirazla qarşılanıb və boykot kampaniyasına start verilib. Dəyərli soydaşlarımın bu təşəbbüsünə qoşulur və bütün dostlarımı həmin təşəbbüsü müdafiə etməyə səsləyirəm”.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info