Özbəkistan səfiri: Dinc sakinlərin öldürülməsi yolverilməzdir

"Azərbaycanın dinc şəhərlərinə Ermənistanın hücumları nəticəsində ölən dinc sakinlərin sayı 80-i keçib. Bu, yolverilməzdir”.

Bunu Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov Bərdədə jurnalistlərə bildirib.

"Hər şeyi öz gözümüzlə gördük. Burada gördüklərimdən, dinc sakinlərin, xüsusilə də uşaqların öldürülməsindən çox kədərlənmişəm. Üstəlik dinc əhalinin atəşə tutulması get-gedə yeni-yeni əraziləri əhatə etməsi ciddi narahatlıq doğurur”, – o deyib.

Səfir Bərdənin raket atəşinə tutulması nəticəsində həlak olanların yaxınlarına başsağlığı verərək yaralananlara tezliklə şəfa tapmalarını arzulayıb.

Xatırladaq ki, əcnəbi diplomatik korpusunun nümayəndələri Bərdə şəhərinə raket hücumunun fəsadları ilə tanış olmaq üçün bu şəhərə səfər edib./report

Xezerxeber.az

ƏVVƏLKİ XƏBƏR

Şəhid xanımı: "Qubadlıya gedən kimi alnımı torpağa qoyacam"

SONRAKI XƏBƏR

Ərdoğan üçün Qarabağda “qırmızı xətt”: Rusiyaya nəyin xəbərdarlığı idi?