Qafqaz İslam Ordusu – Turan ordusu

Qafqaz İslam Ordusu – Turan ordusu

Çar hökumətinin yıxılmasıilə Osmanlı dövləti hələ 1918-ci ilin fevral ayından etibarən Qafqaz, Dağıstan,Türküstan, Əfqanıstan və Rusiyanın müstəmləkəsi olan digər türk-müsəlman ərazilərininnəzarətə alınması məqsədilə xüsusi ordu hazırlığına başlamışdı. Orduya başçılıqisə Nuru Paşa Killigilə tapşırılmışdı. Qeyd olunmalıdır ki, Qafqaz və Bakının ələkeçirilməsinə xüsusi diqqət verilirdi. Kəsəsi, Azərbaycan “Turan”ın mərkəzihesab olunduğundan Qafqaz İslam Ordusu Bakının işğaldan azad edilməsini prioritetməsələ kimi qarşıya qoymuşdu.

 

Məsələ ondadır ki, Səfəvilərdövlətinin son onilliyində rus imperiyasının 1722-ci ildən başlayan işğalçılıqsiyasəti Azərbaycanın müstəqilliyini təhlükə altına almışdı. Qısa zaman kəsiyindəmövcud olmuş Əfşar imperiyası Azərbaycanı vahid dövlətdə birləşdirsə də,sonrakı Qacar-Rusiya müharibələri nəticəsində cənub Qacarların, şimal isəbildiyimiz kimi, çar imperiyasının tərkibinə qatılmışdı.

 

Bu baxımdan, AzərbaycanXalq Cümhuriyyətinin təsisi milli dövlətçiliyin dirçəlişində mühüm tarixi əhəmiyyətləyanaşı, dünyanın aparıcı güclərinin Qafqaz siyasətində dəyişikliklər etməsinə gətiribçıxarmışdı. Belə ki, Qafqazın, eləcə də Azərbaycanın müstəqilliyinin söhbətpredmeti olmadığı bir vaxtda Qafqaz İslam Ordusu qan və can qardaşlarınınharayına yetişərək, milli mənlik şüurundakı intibahı gerçəkləşdirdi. Qafqazİslam Ordusu həm də Osmanlı dövlətinin xarici siyasət xəttinin müəyyənləşdirilməsiyolunda atılmış gərəkli və çoxdan gözlənilən bir addım idi.

 

Tarixdə analoqu olmayanhadisə baş verirdi: İmperiya respublika quruluşunun yaradılmasına yardım göstərirdi,daha dəqiqi, imperiya respublika yaradırdı. Tiflisdə Azərbaycan türklərininsiyasiləşmiş ziyalıları-siyasi xadimləri Azərbaycan Cümhuriyyətini elanetmişdilər, şərqdə yaradılmış ilk parlamentli respublikanın baş şəhəri-Bakıişğalda idi. Belə bir gərgin vəziyyətdə təbii ki, əsgəri hissəsi olmayan AzərbaycanCümhuriyyətinin qardaş Osmanlı imperiyasından hərbi yardım xahişinə müsbətcavab verildi.

 

Qeyd edək ki, mayın 25-də-Cümhuriyyətinelanından əvvəl Qafqaz İslam Ordusunun Gəncəyə gəlməsi Milli Şura üzvləri iləNuru Paşa arasında razılaşmanın olduğunu ortaya qoyur.

 

Azərbaycan Cümhuriyyətininxadimlərindən biri, ömrünü Türkiyədə-mühacirətdə başa vurmuş Nağı bəy Şeyxzamanlısonralar “Azərbaycan istiqlal mücadiləsi xatirələrində” adlı kitabında Qafqazİslam Ordusunun Gəncəyə gəlişini təsvir edərək yazırdı ki, “sevincdən hər kəsingözündən yaş gəlirdi”. Təkcə Nağı bəyin-Cümhuriyyətin əks-kəşfiyyat rəhbərininbu ifadələri Qafqaz İslam Ordusunun Azərbaycanda hansı təsir və nüfuza malikolduğunun göstəricisidir.

 

İki əsrdən bəri gözlədiyiazadlığı, istiqlalı dadmağa başlayan, 200 ildən bəri müstəqil idarəçiliyiniitirmiş xalqın dövlətçiliyi bərpa olunurdu, Azərbaycan adı coğrafi anlayışdançıxaraq, siyasi anlam kəsb edirdi. Bütün bu cahanşümul hadisələr Qafqaz İslamOrdusunun sayəsində alınırdı. Tarix təkrar olunurdu:

 

Qafqaz İslam Ordusu adıverilmiş azadlıq ordusu sələflərinin-XI əsrdə Səlcuqların Qafqaz və Asiyanınsiyasi, dini, mədəni, iqtisadi həyatında oynadığı rolu təkrar edirdi.Bildiyimiz kimi, XI əsrin ilk onilliklərindən tarix səhnəsinə çıxmış səlcuqlarböyük Səlcuq imperiyasını yaradaraq, sözügedən əraziləri öz nəzarətləri altınaalmaqla, xristian dünyasının istilasından və eyni zamanda xristianlaşmaqdanxilas etmiş, siyasi xəritənin xaçlı Avropasının xeyrinə dəyişməsinə imkan verməmişdilər.Məhz Səlcuq türklərinin gəlişi türk-müsəlman faktorunu gücləndirərək, Azərbaycanıxristian aləmi qarşısında istinadgaha cevirmişdi. Nəhayət, az qala 900 il sonrasəlcuqların xələfləri olan osmanlı türkləri növbəti dəfə Qafqazda-Azərbaycandatürk-islam amilinin sıradan çıxarılmasının qarşısını alaraq, Yaxın Şərqdə ilkdemokratik respublikanın-Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında həlledicirol oynadılar.

 

Gəncənin paytaxt elanedilməsindən sonra Bakı üzərinə yürüş planlayan Nuru Paşa və silahdaşları 1918-ciilin iyun-sentyabr ayları ərzində keçirdikləri qanlı döyüşlər və saysız itkilərdənsonra Bakını almağa müvəffəq oldular. Bununla da Qafqaz İslam Ordusunun tarixdəsilinməyəcək qələbəsi həm də əbədi bir qardaşlığın təməlini, əvəzi heç zaman ödəniləbilməyəcək bir fədakarlığı ortaya qoydu.

 

Qətiyyətlə deyə bilərikki, əgər Qafqaz İslam Ordusu və onun qəhrəman baş komandanı Nuru Paşanın millətçilikvə hümmətçiliyi olmasaydı, Bakı heç zaman Azərbaycan Cümhuriyyətinin mərkəzistatusunu ala bilməyəcək və əbədi olaraq bolşevik Rusiyasının əyalətlərindənbiri olacaqdı. Azərbaycan Cümhuriyyətinin də eyni aqibətlə üzləşməsi şübhəsizdi.

 

Əsrlərdi param-parçaolmuş Azərbaycan torpaqları uğrunda “Mehmetcik”in qanlı çarpışması həm də türkvə Turan uğrunda savaşdı. Qafqaz İslam Ordusunun əzəli türk birliyinə uzanmışmücadiləsi yurdumuzun azadlığına bağlı olduğundan Azərbaycanın gələcəyi daimdiqqət mərkəzindəydi. Çox maraqlıdır ki, üstündən 100 il keçməsinə rəğmən Azərbaycanyenə də həmin statusdadı. Məhz yüz il əvvəl “Mehmet”- ciklərin qanı və qəhrəmanlığıbahasına Turan ocağını söndürməyə çalışanların niyyəti gerçəkləşmədi. Müqəddəsamal uğruna yola çıxan “Mehmetcik” zatən bunun üçün doğulmamışdımı? Tarixinbaşladığı andan ulu türk vuruşmağa, qədim dünyanı idarə etməyə çalışmamışdımı? Bugünə qədər saysız örrnəyi var bu mövzunun.

 

Qədim Ötükəndən başlamışazman yolun sakinləri böyük imperiyaları, sistemləri, ən sonundasivilizasiyaları oluşduran göytürklərin övladaları deyildimi Qafqaz İslamOrdusunun “Mehmetcik”i? O, göytürklər ki, “Ey Türk, üstdə göy dəlinmədikcə, altda yer yarılmadıqca, səninilini, törəni kim poza bilər...Titrə və özünə dön!” düşüncəsiilə bir qəhrəmanlıq nümunəsi yaratmışdılar. Bu nümunənin timsalında dünyaxalqları haqqın, ədalətin, ləyaqətin, insanlığa sayğının-dövlətçilik təfəkkürününşahidi oldular. Qafqaz İslam Ordusu da millətçilik təfəkkürü ilə düz mütənasibolan dövlətçilik ideologiyasının daşıyıcısı idi.

 

Demək istədiyim odur ki,1918-ci ildə yaradılmış Qafqaz İslam Ordusu min illərdən üzübəri gələn törənin zənciriydivə bu ordunun əsgərləri sonucda şəhid olacaqlarını bilirdilər. Bu gün dəyurdumuzun müxtəlif yerlərində saysız “Mehmetcik” şəhid məzarları var vəinsanlarımız bu qəhrəmanlıq abidələrinə hörmət, ehtiram duyurlar.

 

Məslək və əqidə insanı Hüseyn Nihal Atsızın “Qəhrəmanlıq nə yalnız bir yüksəlişdeməkdi, Nə də yıldızlar kimi parlayıb sönməməkdir. Ölməzliyi düşünmək boşuna bir əməkdir. Qəhrəmanlıq saldırıb bir daha dönməməkdir!” misralarındaQafqaz İslam Ordusunu və baş komandan Nuru Paşanı gördüm. Mənə elə gəlir ki,türk dünyasının məşhur mübarizə insanlarından biri olan Nihal Atsız bumisralarla Qafqaz İslam Ordusuna ehtiramını bildirir. Düşünürəm ki, böyük şairhəm də Qafqaz İslam Ordusunun timsalında bütün türk dünyasını qəhrəmanlığa səsləyir.Deyildiyi kimi, qəhrəmanlıq yalnız yüksəliş, ulduzlar kimi parlamaq deyil, qəhrəmanlıqQafqaz İslam Ordusunun əsgərləri kimi ölümün gözünün içinə dik baxaraq, düz üzərinəgetməkdi.

 

Hər bir Azərbaycantürkünün, hər bir Azərbaycan vətəndaşının bir vəfa borcu var Qafqaz İslamOrdusu və komandanı Nuru Paşa Killigil qarşısında.

 

O Nuru Paşa ki, qısaömrünü mübarizələrdə keçirmiş, Azərbaycan xilaskarıQafqaz İslam Ordusunun komandanı kimi şərəfli bir vəzifə daşımış, qəhrəmanlığıdillərə dastan olmuşdu. İslam imanlı, Turan hədəfli Nuru Paşa bir yenilməzlik,qəhrəmanlıq simvoludu. Onun düşüncəsində müqəddəs amal uğruna döyüşməkdənsevimli bir iş yoxdu. Nuru Paşa, yuxarıda ismini qeyd etdiyim Hüseyn NihalAtsızın “Bozqurdlar” romanındakı qədim türklərin həyatının təcəssümü idi. Ötükəntürkləri də at belində doğulub, bu dünyanı at belində tərk edərdilər. Nuru Paşada sanki qədim Ötükəndən-Orxon çayı vadisindən gəlmişdi. Gecə-gündüz at belindəydi,mənzili-döyüş meydanları, amacı böyük Turan idi.

 

Nuru Paşanıntərcümeyi-halını oxuduqca qarşımızda bir yenilməz mübarizə adamının həyatıcanlanır. Mübarizədən məcburən ayrıldıqdan sonra belə həyatı hərbi işlə bağlıolmuşdu. Bu cahana vuruşmağa, insanların haqqını bərpa etməyə vəzifələndirilmişdi.Mübaliğə olmasın, Nuru Paşa ismini “Böyük Turan” ifadəsinin sinonimi kimi anlayıram.

 

Düşünürəm, fikirləriminecə ifadə edim ki, Nuru Paşa və Qafqaz İslam Ordusu əsgərlərinin böyük ruhunalayiq olsun. Hansı yöndən baxsaq, bu fenomenal hadisəyə-Qafqaz İslam Ordusu və başkomandan Nuru Paşanın milliyyət və hürriyyətpərvərliyinə adi şərh vermək olmur.Həqiqətən, hər insan belə qəhrəmanlıqlar göstərə bilmir, çünki, adi, gündəlik məişəttələblərindən kənara çıxa bilmir, yalnız şəxsi işləri ilə məşğuldur. Fenomenalşəxsiyyətlər isə daim böyük, əsrarəngiz düşüncələrlə yaşayır, bir sözlə, passionarşəxslərinsə həyatının leytmotivi mübarizədir.

 

Livanlı xristian şair,yazıçı və dramaturq Corc Cordaq bu şəxsiyyətləri aşağıdakı kimi xarakterizəetmişdir:

 

“Zülm və haqsızlığa qarşımübarizə forma və məzmunundan asılı olmayaraq, ilk yaranış tarixindən mövcudolmuşdur. Təcavüzkar, zalım və despot hökumətlər dövründə bu ağır vəzifəni özüzərlərinə götürmüş insanlar bəşər tarixinə cinayətkar zalımların zülmət bəxşetdiyi qədər fəxarət gətirmişlər... Dahi şəxsiyyətlər arasında bütün həyatlarımübarizələrdə keçmiş insanlar olmuşdur. Onlar mübarizə aparmadan həyatlarınadavam edə bilməzlər”. Fikrimcə, Qafqaz İslam Ordusunun passionarlığını bu qədərdəqiq ifadə edəcək ikinci bir mülahizətapmaq qeyri-mümkündür.

 

Deməliyəm ki, Qafqazİslam Ordusu bolşevik Rusiyasının Qafqaz, xüsusilə Azərbaycanla bağlı siyasətinidəyişdirməsinə səbəb olmuşdur. Qafqaz İslam Ordusunun Bakını azad etməsibolşeviklərin Azərbaycan uğrundakı planlarını iflasa uğratdığından, sovettarixşünaslığının demək olar ki, bütün dövrlərində “türk işğalı” istilahı iləqeyd edilməklə, qəhrəmanlıq epopeyasına çevrilmişdir. Bütün sovet tarixçiləriqeyd-şərtsiz olaraq, Azərbaycan Cümhuriyyətinin elanı və Bakının azad edilməsiniQafqaz İslam Ordusunun üzərinə qoymuşlar. Təkcə bu fakt Qafqaz İslam OrdusununAzərbaycan və bütün türk dünyası üzərində nə qədər böyük haqqı olduğunu göstərir.

 

Qafqaz İslam Ordusu-yurdumuzunxilaskarı, Azərbaycan istiqlalının bayraqdarı, “Böyük Turan” eşqi ilə silahlanmıştürk ordusu. İnsanlığa, hürriyyətə sevgi və bağlılıq, qalibiyyət rəmzidir Qafqazİslam Ordusu.

 

Kərimli Ruhəngiz

AMEA Tarix İnstitutunun doktorantı

Mənbə: moderator.az