Rasim Balayev: “Bərdə terroru misli görünməmiş dəhşətdir, bunun adı yoxdur... “

“Erməni əsgərləri silahlarını qoyub qaçırlar, amma bu silah bitmir”

Bu sözləri Xalq artisti, Azərbaycanın görkəmli aktyoru Rasim Balayev Musavat.com-a açıqlamasında bildirib. Rasim Balayev ermənilərin azərbaycanlılara qarşı yenidən soyqırım törətdiyini deyib: “Dünəndən bu günə qədər hələ də özümə gələ bilmirəm. Özümü həmin məsum insanların yerinə qoyuram. Təsəvvür edin, yolda gedirsən və birdən, başına raket yağır. Özü də insanların sıx olduğu yerə atırlar. Bu, soyqırımdır!
Ermənilər dünyada analoqu olmayan məxluqdurlar. Allah sanki onları şeytan kimi yaradıb. Ermənilərin “alimləri” onların beyinlərini yalanla doldurub ki, guya “dənizdən dənizə” dövlətləri olub. Halbuki ermənilərin tarix boyu heç vaxt ölkəsi olmayıb, amma həmişə torpaq iddiasındadırlar”.
Rasim Balayev Sovet dövründə baş verən bir hadisəni də xatırladıb:

“Xatırlayıram ki, Sovet dönəmində Qazaxda bir kənd var idi. Həmin yerdə dava olmuşdu və rəhbərlikdən məsələni aydınlaşdırmaq üçün şəxslər getmişdi. Moskvadan xəbər gəlmişdi ki, “əşi, bir balaca yeri verin onlara”. Onda bizimkilər rəhbər işçilərindən bəzilərini döymüşdülər. Hələ də həmin hadisəni xatırlayıram. Dediyim odur ki, onlar həmişə torpaq iddiasında olublar.
İşğaldan azad olunan yerlərə baxanda görürük ki, ermənilər 30 ildə həmin yerlərdə hər şeyi dağıdıblar, hər yer xarabalığa oxşayır. Hər yerdə səngər qazıb, bunker tikiblər. O səngərləri qazmaqla gələcəkdə də digər torpaqlarımızı almaq həvəsində olublar. Qarabağı işğal etməklə, sanki ağızlarında şirinlik qalıb ki, yavaş-yavaş daha da irəli gedə bilərlər.
Xatırlayırsınızsa bir müddət bundan əvvəl onların müdafiə nazirləri açıq-aşkar bəyan etmişdi ki, Azərbaycan bizimlə müharibə etsə, Şamaxıya qədər gedib çıxacağıq. Utanmadan deyirdilər ki, oralar da bizim torpaqlardır. Hətta bildirirdilər ki, Bakı da bizimkidir.
İndi də internet resurslarında baxıram, xəstə ermənilər deyir ki, “Qarabağ uğrunda ölümə də gedəcəyik, buralar 4 min il əvvəldən bizimki olub”.
Hətta bizim adımızı qəsbkarlar qoyublar. Guya biz onların torpaqlarını əllərindən almışıq. Halbuki bütün dünyanın gözü önündə, 30 il əvvəl həmin torpaqları rusların köməkliyi ilə bizdən alıblar. Axı bu tarix çox da uzaq deyil, yenicə baş verib. Yəni bu məxluqlara nə ad vermək olar, onu bilmirəm... Şəxsən mən bir adamı lənətləmək istəsəm, deyərəm ki, “səni görüm erməni kimi qonşun olsun”.
Onlar gah da Gürcüstanın Abxaziyasını, Cavaxetiyasını, Rusiyanın cənub torpaqlarını özlərinki hesab edirlər. Hətta Fransa ilə bağlı da torpaq iddiaları var. Bunlar, sadəcə, dəhşətdirlər”.
Xalq artisti qeyd edib ki, bir çox dünya ölkələri məqsədli şəkildə Azərbaycanda törədilən erməni terrorlarını susqunluqla izləyirlər:

“Ən dəhşətlisi isə budur ki, Türkiyə, Pakistan və bir neçə ölkədən başqa digər ölkələr onların tərəfini saxlayır, erməni vəhşiliyinə, terroruna göz yumurlar.
Ermənistanda hazırda heç 1 milyon yarım adam qalmayıb. Qalanlar da bilet alıb, qaça bilməyənlərdir. Yəni, onlar heç Ermənistanda da yaşamaq istəmirlər. Kimin imkanı varsa, köçür xarici ölkələrə. Bu günlərdə Fransada yaşayan milyonçu erməni Ermənistana milyonlarla yardım etdi. Əgər ölkələrini sevirlərsə, niyə gedib, orada yaşamırlar? Yəni, çox qəribə məxluqdurlar.
Deyim ki, ermənilərlə bacarmaq çox asandır. Bir həftə bəs edər ki, ordumuz torpaqlarımızı işğaldan tam azad etsin. Amma üçüncü, dördüncü ölkələr buna imkan vermir, qoymurlar. Ordumuz hər gün onların çoxlu sayda silah-sursatını məhv edir, erməni əsgərlərinin özləri silahlarını qoyub qaçırlar, amma bu silah bitmir. Haradan alırlar bu qədər silahı? Axı bu millət acından ölür, imkan tapdıqca başqa ölkəyə qaçır, bu qədər silah kasıb ölkədə necə ola bilər?
Bir daha qeyd edirəm, ötən gün Bərdədə baş verən terrorun, vəhşətin adı yoxdur. Ən pisi isə, dünya buna kordur, kardır, əksinə, onlara tərəf çıxırlar. Amma bir erməni dığasının burnu qanasaydı, bütün dünya bir-birinə dəyərdi...
Bununla belə, ümid edirəm ki, ordumuz tezliklə işğalda olan bütün torpaqlarımızı azad edəcək”.

Cia.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı

SONRAKI XƏBƏR

“S&P” SOCAR-ın reytinqini təsdiqləyib