Millət vəkilindən Türkiyə Cümhuriyyətinin yaranışının 97-ci ildönümünə İLGİNC TƏBRİK...

Millət vəkilindən Türkiyə Cümhuriyyətinin yaranışının 97-ci ildönümünə  İLGİNC TƏBRİK...

"Harda haqq deyən ellər, ədalət axtaran millətlər, köməyə möhtac olan məzlum varsa..."

 

Bu gün Türkiyə Cümhuriyyətinin yaranışının 97-ci ildönümüdür. Qardaş ölkənin milli bayramının növbəti ildönümünün Vətən Müharibəsi apardığımız bu günlərə düşməsi bizlərdə ikiqat sevinc və kövrək duyğular yaradır. Planetdə bir birinə bu qədər mənəvi tellərlə, bənzərsiz qardaşlıq münasibətləri ilə bağlı ikinci başqa nümunə göstərilə bilməz. Ölməz Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdiur" sözlərini nə bizim nəsil unutmadıq, nə gənclərimiz unutmur, inşallah gələcək nəsillərimiz də nəinki unutmayacaq, bu qardaşlığı daha üstə səviyyəyə qaldıracaqlar. Buna zərrə qədər də şübhəm yoxdur. Heç də təsadüfi deyil ki, haqlı olaraq Azərbaycanla Türkiyəni bir ananın əkiz övladı kimi səciyyələndirirlər. Belə bir gözəl gündə Türkiyədəki qardaşlarımızı ürəkdən salamlayır və təbrik edirəm. Əminəm ki, Türkiyə Cümhuriyyəti quruluşunun 100-cü ildönümünü daha parlaq səviyyədə, təkcə regionun deyil, dünyanın ən qüdrətli ölkələrindən biri kimi qarşılayacaq. Türkiyə buna haqq edir. Çünki qardaş ölkə Ərdoğan rəisin parlaq idarəetməsi nəticəsində təkcə islam coğrafiyasında deyil, Yaxın və Orta Şərqdə, Asiyadan tutmuş Afrikaya qədər harda haqq deyən ellər, ədalət axtaran millətlər, köməyə möhtac olan məzlum varsa, onun yanında olmaqla yüz milyonların sevgisini, rəğbətini qazanıb. Biz qardaş ölkənin bu uğuru ilə qürur duyur və Aləmlərin Rəbbindən bu möhtəşəm Cümhuriyyətə daha uca zirvələr təmənna edirik. Yaşasın Türkiyəmiz! Azərbaycan-Türkiyə qardaşlığını Allah bu coğrafiyaya çox görməsin!

 

Vahid Əhmədov, İstiqlalçı Millət vəkili

Mənbə: moderator.az