Erməni ordusunda xaos: “Əsgərlər döyüşməkdən imtina edirlər, qaçırlar" - AÇIQLAMA

Erməni ordusunda xaos: “Əsgərlər döyüşməkdən imtina edirlər, qaçırlar" - AÇIQLAMA

“Qarabağdakı məğlubiyyətdən sonra Ermənistanda Paşinyanın istefası tələb olunur”.

Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin Erməni Araşdırmaları Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi Cebhe.info-ya açıqlamasında belə deyib.

Ekspert bildirib ki, Ermənistan hökuməti bir sıra faktları yerli və beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışır. Lakin İsmayıl Tanrıverdi erməni mətbuatı və sosial şəbəkələr vasitəsilə əldə etdiyi həmin məlumatları bizimlə bölüşdü.

 

“Çiçəklənən Ermənistan Partiyasının sədr müavini Petrosyan baş nazir Paşinyana müraciət edərək yazıb ki, ölənlərin sayını goizlətdiyinə görə, istefa verməyin daha yaxşı olar. Bu məktub Ermənistan mediasında dərc olundu. O, qeyd edir ki, Paşinyan, sən özün ağ və isti köynəkdə kabinetdə oturmusan, amma həyat yoldaşını reklam üçün Qarabağa göndərmisən. Sənin çoxdan istefa verməyin lazımdır. Bu fikrin altından minlərlə rəy yazılmışdı ki, doğru deyirsiniz, Paşinyan bizi aldatdı”.

İsmayıl Tanrıverdinin dediyinə görə, Ermənistan hökuməti ölənlərin sayını, PKK terrorçularının Qarabağda döyüşməsini gizlətsə də, müxalifət bu faktları açıq yazır.

Ermənişünas alim bildirdi ki, dövlət orqanları tərəfindən döyüşmək üçün məcburi Azərbaycanın işğal altındakı ərazilərinə göndərilən Ermənistan vətəndaşları qaçmağa çalışır. Məndə dəqiq məlumat var ki, Ermənistandan döyüşmək üçün məcburi gətirilənlər əvvəlcə Xocalıda qeydiyyatdan keçirlər. Sonra Xocalıda hərbi hissələrə bölgü aparılır. Normal hərbi şəraitin olmadığını görən və döyüşmək istəməyən ermənilər qaçmaq istəyir. Dağlıq Qarabağdakı yaşlı insanları, qadın və uşaqları təhlükəsizlik məqsdəilə təxliyyə etmək üçün İrəvandan avtobuslar göndərilir. Xocalıdan və döyüş meydanından qaçan ermənilər həmin avtobuslara minib Ermənistana qayıtmağa çalışır. Gorus sərhəd-buraxılış məntəqəsində hərbi posil avtobusları yoxlayıb gəncləri düşürüb döyüşmək üçün geriyə qaytarırlar. Bu məlumatı bir nəfər erməni özü mənə sosial şəbəkədə açıqlayıb”.

İsmayıl Tanrıverdinin sözlərinə görə, Dağlıq Qarabağda Surioyadan gətirilmiş PKK terrorçularının döyüşdüyünü Paşinyan hökuməti gizlətməyə çalışsa da, ermənilər özləri açıq etiraf edirlər.

“Erməni əsirlər də bunu deyir. Biri danışır ki, mən Cəbrayılda üç ədəd “Pikap” avtomobili gördüm. Hərəsində 10 nəfər PKK yaraqlısı var idi. Ermənilər ”Facebook”da bir-birilə yazışanda dostluğumda olmasalar da mən onları izləyə bilirəm və bəzi sirlərini öyrənirəm”.

Ekspert qeyd etdi ki, Tovuz döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun şəhid olması Paşinyanın Ermənistanda siyasi reytinqinin artmasına səbəb olmuşdu. Lakin sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda Ermənistanın məğlub dururma düşməsi və çoxsaylı itkilər verməsi Paşinyana tam inamsızlıq yaradıb. Artıq erməni diasporası da onu dəstəkləmək istəmir.

“Paşinyanın əsas ümidi erməni diasporasınadır. Hələlik bəzi diaspora təşkilatları yardım edir. Lakin İtaliyadakı erməni diasporasının bir nümayəndəsi mənə “Facebook”da açıq yazır ki, biz artıq müflis olmuşuq. Deyir bundan sonra biz Paşinyana, Ermənistana yardım etmək istəmirik. Artıq İtaliya diasporası bütün dəstəyi dayandırıb. Hətta məhşur Kim Kardaşyan da onları aldadıb. 3-4 milyon dollar vəsait toplayıb və onun yalnız 1 milyonunu Ermənistana göndərib. Pulun qalan hissəsini özünə götürüb”.

Müşfiq Abdulla
Cebhe.info

Mənbə: cebhe.info