BQXK-nin Avropa nümayəndəliyi Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb

BQXK-nin Avropa nümayəndəliyi Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa nümayəndəliyi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün Bərdə şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində həlak olması ilə bağlı bəyanat verib.

Trend-in məlumatına görə, qurum bəyanatda hadisə ilə bağlı dərindən təəssüfləndiyini bildirib:

"Könüllülərimizdən birinin Bərdədə dinc sakinlərə humanitar yardım çatdırarkən həlak olmasından çox sarsılmışıq. 39 yaşlı şəxs Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təcili yardım səyyar briqadasında yer alırdı. Humanitar təşkilatlar hədəf olmamalıdır".

Mənbə: az.trend.az