Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

On illərdir bərbad idarəetmə və faşist rəhbərlər ucbatından səfalət içində olan Ermənistan indi döyüş meydanında Azərbaycan Ordusuna biabırçı məğlubiyyətindən sonra xəyanətlər, fərarilik və xaos içindədir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə bilmir.

İllərdir erməni əhalisində onların güclü ordusu olması barədə yaradılmış mifi bu gün Azərbaycan əsgəri dağılır. Son 20 gündə artıq Ermənistan Ordusunda 4 yüksək vəzifəli şəxs işdən qovulub.

Sentyabrın 27-də Azərbaycanın işğal altında olan torpaqları azad etmək üün əks-hücum əməliyyatlarına başlamasından və ciddi uğurlar əldə etməsindən 10 gün sonra, oktyabrın 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Argişti Kərəmyan, oktyabrın 26-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Vaqinak Sarkisyan, oktyabrın 27-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat İdarəsinin rəisi, general-mayor Ohannes Karumyan və eyni gündə Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan vəzifəsindən uzaqlaşdırılıb. Onlar xəyanətdə ittiham edilir. Artıq Ermənistan dövləti xaos içindədir, Paşinyan isə hakimiyyətini itirməmək üçün kiçik gedişlərlə, məmurları əvəzləməklə vaxt udmağa çalışır. Ermənistan ordusundakı nizamsızlıq, fərarilik artıq dövlətin yuxarı pillələrinə kimi gedib çıxıb.

Ermənistanın döyüşlərdə məğlub olması, geri çəkilməsi və minlərlə canlı qüvvə itkisi cəmiyyətdə həm ümidsizlik, niskinlik və ciddi narazılıq yaradıb. Artıq Paşinyan hakimiyyətinə qarşı aksiyalar genişlənir, əsgər analarının sırasına bəzi təşkilatlar da qoşulur.

Döyüş meydanında minlərlə əsgəri həlak olan Ermənistanda insanlar evlərindən silah gücünə hərbi komissarlıqlara, oradan isə birbaşa döyüşə aparılır. Hakimiyyətə qarşı kütləvi itaətsizlik, fəralilik o həddə çatıb ki, N.Paşinyan Ermənistanın Ədliyyə Nazirinin müavini Vahe Danielyanı oktyabın 28-də vəzifəsindən azad edərək maaşını saxlamaqla cəhbəyə göndərdiyini açıqlayıb. Bu da fərrarilik hallarının qarşısını almağa kömək etməyib. Görünür, bu adla V.Danielyanın vəzifəsindən uzaqlaşdırılması həm də fərrarilələrə qarşı ədliyyə orqanlarının tədbirlər görə bilməməsi ilə bağlıdır, bu yolla Paşinyan hakimiyyət nümayəndələrini cəzalandırmağa çalışır.

Ermənistanda insanlar təkcə ordunun acı məğlubiyyəti, ölkədə hərc-mərclik, özbaşınalıqdan deyil, həm də günü-gündən ağırlaşan sosial-iqtisadi durumdan ciddi narazıdırlar. Hazırda Ermənistanda ərzaq da daxil olmaqla əksər məhsulların qiymətində artım müşahidə olunur ki, bu da onsuzda ciddi sıxıntılar içində olan sıravi insanların vəziyyətini daha da ağırlaşdırır. Ekspertlər yaxın müddətdə Ermənistanda devalvasiyanın qaçılmaz olacağını proqnozlaşdırıblar.

Ermənistanda hakimiyyət içindəki qüvvələr, klanlar arasında qarşıdurma və ziddiyyətlər o qədər kəskinləşib ki, ölkədə tam xaos hökm sürür. Artıq Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan da daxil olmaqla, bir çox ictimai şəxslər Paşinyanı bacarıqsızlığına görə istefa verməyə çağırıblar. Ermənistan cəmiyyətinin böyük bir kəsimi Paşinyan hakimiyyətini qəbul etmək istəmir.

Mənbə: qafqazinfo.az