Azərbaycan Ermənistanın cinayətlərinin qiymətləndirilməsi üçün “Human Right Watch” və “Amnesty İnternational”a dəvət göndərib

“Bütün cinayət əməlləri aidiyyəti üzrə sənədləşdirilir. Həmçinin Azərbaycan Respublikası tərəfindən “Human Right Watch” və “Amnesty İnternational” kimi beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub ki, onlar da bu faktları əsaslı şəkildə qiymətləndirsinlər”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev deyib ki, məqsəd odur ki, bu faktlar beynəlxalq ictimaiyyətə layiqincə təqdim edilsin.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

"Biz Ermənistanın heç bir şəhərinə atəş açmamışıq"

SONRAKI XƏBƏR

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır