Birinci vitse-prezidentin köməkçisi Cenevrə görüşünün vaxtının dəyişdirilməsindən danışdı

Birinci vitse-prezidentin köməkçisi Cenevrə görüşünün vaxtının dəyişdirilməsindən danışdı

“Bu gün Cenevrə şəhərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsdərləri ilə görüşü nəzərdə tutulmuşdu. Amma görüşün vaxtı dəyişdirilib”.

paralel.az-ın müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Bərdədə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan hökuməti məsələnin sülh prosesi ilə həll olmasında maraqlı deyillər:

“Azərbaycan işğal altında olan torpaqlarını qaytarmaq üçün humanitar atəşkəsə razılıq verdi, amma onlar humanitar atəşkəsi bilərəkdən pozdular. Gördüyünüz kimi, dinc əhaliyə qarşı hücumlar həyata keçirib”.

“Azərbaycan bundan sonra beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa edəcək”, - deyə E.Əmirbəyov qeyd edib.

İlhamə Əbülfət

Mənbə: paralel.az