Siz danışanda 8 yaşlı nəvəm mənə zəng vurur ki… Xalq şairi Nəriman Həsənzadə Prezident İlham Əliyevə yazdı…

Siz danışanda 8 yaşlı nəvəm mənə zəng vurur ki… Xalq şairi Nəriman Həsənzadə Prezident İlham Əliyevə yazdı…

“Xalqımıza müraciətlərinizlə, xarici müxbirlərə yüksək səviyyədə verdiyiniz müsahibələrlə Azərbaycanın hərb tarixini, onun ilk şərəfli səhifələrini öz əllərinizlə yazdınız, milləti şərəfləndirdiniz.

“Qoy ədalət zəfər çalsın!” tarixi sözünü işlədərkən əmin idik ki, Siz başda olmaqla zəfər çalacağıq. Bu söz də, Ulu Öndərimiz də müasirimizdir.

Siz televiziya ilə çıxış edərkən səkkiz yaşlı nəvəm tez mənə zəng vurur, “Baba, tələs, televizoru aç, Prezidentimiz danışır, gecikmə” deyə mənə xəbərdarlıq edir. Siz böyüyün də, kiçiyin də qəlbindəsiniz.

Sizi təbrik edirəm. Daim Sizin, Ordumuzun, xalqımızın yanınızdayıq.

Qarabağ Azərbaycandır! Tanrı Sizi qorusun!”.

Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Xalq şairi Nəriman Həsənzadə bildirib.

 

Mənbə: www.baki-xeber.com