“Azərbaycan təkcə işğala məruz qalmayıb, ölkəmiz terrorçu Ermənistan adlı dövlətlə üz-üzədir” – Ülvi Quliyev

“Azərbaycan təkcə işğala məruz qalmayıb, ölkəmiz terrorçu Ermənistan adlı dövlətlə üz-üzədir” – Ülvi Quliyev

Tarixən Fransa Ermənistana “kiçik” və ya “sevimli bacı” gözü ilə baxıb. Bu, bizlər üçün də sirr olmayıb. Buna baxmayaraq, 28 il əvvəl Ermənistan-Azərbaycan münaqişəsində Fransanın vasitəçiliyinə etiraz etmədik. Düşündük ki,demokratik dəyərlər və beynəlxalq hüquq tərəfsiz vasitəçilik mandatına kölgə salınmasına imkan verməz. Amma nəyin şahidi olduq? Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ciddi hərbi uğura səbəb olan kimi,Fransa Prezidentindən əcaib, beynəlxalq hüquqa və tərəfsiz vasitəçilik öhdəliyinə zidd olan bu bəyanatı eşitdik:” Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”.

Prezident İlham Əliyev xalqımızın haqlı etiraz və narazılığını Fransa dövlətinə və dünya birliyinə açıq şəkildə çatdırdı. Güman etdik ki, Fransanın ölkəmizdəki səfirinin açıqlaması gələcək münasibətlərə ümidlə baxmağımıza və bundan sonra vasitəçilikdə tərəf tutulmayacağına inamımıza hələ imkan verir. Azərbaycan dövləti və xalqı yenə səbr,dözümlü yanaşma sərgilədi, Fransanın vasitəçiliyindən imtina etmədi. Amma bu dəfə də yanıldıq. Münaqişənin ən aktiv fazasında Marsel və Lion şəhərlərindən işğalçı Ermənistana silah-sursat göndərilməsi ilə bağlı məlumatlar yayıldı. Rəsmi təkzibi isənə gördük, nə də eşitdik...

Ordumuzun uğurlu hərbi əməliyyatları davam etdiyi bir dövrdə BMT Təhlükəsizlik Şurasında (TŞ) yeni qətnamə layihəsi müzakirəyə çıxarıldı. Elə bir layihəki, TŞ-nın 27 il əvvəl qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrə istinadı nəzərdə tutmurdu, bu mühüm hüquqi aspekt nədənsə unudulmuşdu. Faktiki olaraq bununla işğalçı Ermənistana hüquq müstəvisində sərbəst davrana bilməsi üçün yeni hüquqi şərait yaradılırdı. Qoşulmama Hərəkatına üzv dövlətlərin israrlı təkidi, prosedur etirazı (sükutu) nəticəsində layihə geri götürüldü. Qətnamə layihəsinin əsas təşəbbüskarlarından birinin Fransa dövlətinin olduğu aydınlaşdı. TŞ-nın beş daimi üzvündən biri olan və 27 il əvvəl yuxarıda göstərilən qətnamələrin qəbuluna səs vermiş bir dövlət, nədənsə, beynəlxalq hüquqla uzlaşmayan təşəbbüslə çıxış etmişdi. Bu, cəmiyyətimizi narahat edən haqlı sualların sayını bir az da artırdı, Fransanın tərəfsiz vasitəçiliyinə bəslədiyi inamı sarsıtdı.

Növbəti təhlükəli xəbər cəmiyyətimizi daha çox silkələdi. Bu, Fransa prezidenti Makronun Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturasının yayılmasına icazə verməsi ilə bağlıdır. Tərəfsiz vasitəçiliyin alınmadığı onsuz da məlum idi. Aldığımız bu xəbər indiyədək açıq qalan bir çox suallara da aydınlıq gətirdi. Uzun illər ərzində şübhələrimizin səbəbləri ilə bağlı düşüncələriözümüzdənnə qədər uzaqlaşdırmağa çalışsaq da, təəssüf ki, cənab Makronun bu qərarı onların əsassız olmadığını təsdiq etdi. Fransa kimi nüfuzlu,demokratik dəyərlərə sadiq olduğunu dəfələrlə bəyan edən ölkənin dövlət başçısına əxlaq dərsi vermək fikrindən uzağam. Lakin bu məqamı qeyd etməyə bilmərəm. Sivil dövlətlərin mütləq əksəriyyətində, o cümlədən bizim ölkəmizin cinayət qanunvericiliyində belə bir anlayış var: təhrikçi. Dini zəmində insanların bir-birinə qarşı hörmətsiz davranış vərəftarını, qarşılıqlı nifrətitəşviq etmək gələcəkdə bu zəmində törədilə biləcək cinayətləri doğuran səbəb və şərait kateqoriyasına aid edilir...

Yeri gəlmişkən, iki məqama da xüsusi olaraq toxunmaq istərdim. Münaqişənin aktiv fazasında, Şuşada bir kilsəyə zərər dəymişdi. Prezident İlham Əliyevdən müsahibə alan əksər xarici media nümayəndələri bununla bağlı etiraz və narazılıqlarını israrlı şəkildəbildirirdilər. Cənab Prezident Azərbaycan dövlətinin dünyəvi yol seçdiyini, cəmiyyətimizdə tolerantlığın ən üst səviyyəsinin mövcudluğunu və bu hadisəyətəəssüfləndiyini dəfələrlə bildirib izah etsə də, eyni sual müsahibədən-müsahibəyə təkrarlanmaqdadır. Hətta dövlətimizin başçısı jurnalistlərə bildirmişdi ki, hadisəni yolverilməz hesab edir, bu ya hansısa səhv nəticəsində baş verib, ya da düşmənin özünün məqsədli şəkildə törətdiyi məkrli təxribatlarından biridir. Amma beynəlxalq media nümayəndələrindən heç biri maraqlanıb təəssüflənmədi ki, bu illər ərzində işğal altında qalan torpaqlarımızda ermənilər tərəfindən 67 məscidimiz ya yandırılaraq məhv edilib, ya da donuzların saxlanıldığı fermaya çevrilib. İslam dünyasında bu,ən ağır təhqir, Allah evinin murdarlanması hesab olunur. Özü də bu əməlləryanlışlıqdandeyil, qəsdən törədilib.

Dini dəyərlərin təhqir edilməsi heç bir millətə, heç bir cəmiyyətə başucalığı gətirə bilməz. Müsəlman və Xristian dünyasının Allahı birdir. Məscid də, Kilsə də Allahın evi sayılır. Statusundan, milliyyətindən, etıqadından, irqindən asılı olmayaraq, dini müqəddəslərə və dəyərlərə hörmətlə yanaşmaq hər bir Allah bəndəsinin borcudur. Qəsdən, yaxud bisavadlıqdan rəvac verilən islamofobiya və türkfobiya sivil dünyamızı parçalamağa, dini və milli zəmində nifrətin körüklənməsinə xidmət edir. Bu yolu təşviq edənlər çox təhlükəli seçim ediblər. Bunu anlamaq, nəticələrini proqnozlaşdırmaq, düşünürəm ki, elə də çətin olmaz...

Təəssüf ki, hələ də sivil dünyaya bir həqiqəti olduğu kimi ya çatdıra bilmirik, ya da çatdırdıqlarımız doğru anlaşılmır. Əldə olunan üç humanitar atəşkəs razılığı məhz Ermənistan tərəfindən pozulub. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin mülki əhalisi iki dəfə Ermənistan ərazisindən, “SCUD” sistemindən atılan ballistik raket zərbəsinə məruz qalıb. Onlarla günahsız mülki vətəndaşımız həlak olub və xəsarət alıb. Oktyabrın 28-də Gəncə kimi döyüş zonasından kənarda yerləşən Bərdə şəhəri isə “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutulub. 20-dən çox mülki şəxs həlak olub, 70-dən çox vətəndaşımız ağır yaralanıb. Ölənlər arasında uşaqlar da var. Əslində onlar ölməyiblər, Ermənistan dövlətinin terror siyasətinin qurbanlarıdır. Nəhayət, dünya ayılmalıdır ki, Azərbaycan təkcə işğala məruz qalmayıb, ölkəmiz terrorçu Ermənistan adlı dövlətlə üz-üzədir. Bu dövlətin sıravi sakinlərinin dini etiqadının terrora heç bir aidiyyatı yoxdur. Lakin Ermənistan hakimiyyətinin mahiyyəti və siyasəti uzun illərdir ki, terror üzərində qurulub. Terror siyasətinin bugünkü müəllifi Paşinyan və onun yaxın ətrafıdır. Buna baxmayaraq, Azərbaycanda heç kəs bu terroru dini etiqadla, dini mənsəblə əlaqələndirməyə cəhd etmir. Sizlər də islamofobiaya, türkfobiaya uymayın. Bu, çox təhlükəli yoldur. Lakin Ermənistan hakimiyyətinin törətdiyi terrorlara, insanlıq əleyhinə müharibə cinayətlərinə susursunuzsa, deməli, sizlər də onu təşviq edənlər arasındasınız...

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həyatda candan artıq heç nə yoxdur. Amma Vətən ondan da şirindir. Şəhidlərimizin yaxınlarındanhüznlü günlərində eşitdiyim və hamılıqla qürur duya biləcəyimiz bir fikirləri, bir istəkləri var:” doğmalarımız haqq savaşımızda, öz torpaqlarımız, Vətən uğrunda şəhid olublar. Paşinyanların və vasitəçilərin oyunlarına, yalan vədlərinə, saxta razılaşmalarına aldanmayın. Tarixi torpaqlarımızı son metrinə qədər geri almasaq, şəhidlərimizin ruhu bizləri bağışlamaz”. Bu sözləri şəhidlərimizin ata və analarından, qardaş və bacılarından, həyat yoldaşlarından, övladlarından eşitmişəm, özü də istisnasız. Xalqımız Milli Qürurunun qorunması və ərazi bütövlüyümüzün bərpası məsələsində, Qələbəmiz naminə hər cür fədakarlığa hazırdır, Ali Baş Komandanımızın və Ordumuzun yanındadır. Bu, reallıqdır və həlledici qələbəmizə təminat verən qürur mənbəyimizdir.

Uca Tanrı haqlı olanı həmişə haqqına çatdırıb. Gec edər, güc edər. Allah Prezidentimizə, Ordumuza, Xalqımıza yar olsun, Azərbaycana xidmət edənləri və onu sevənləri qorusun!

Ülvi Quliyev

Milli Məclisin deputatı

Mənbə: teref.az