Tramp aradakı məsafəni azaldır – Amerikada mübarizə qızışır

Tramp aradakı məsafəni azaldır – Amerikada mübarizə qızışır

ABŞ-da prezident seçkilərinə beş gün qalmış real nəticələr hazırkı dövlət başçısı Donald Trampın lehinə dəyişməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

Prezident seçkilərinə beş gün qalmış keçirilən anket-sorğularında Demokratlar partiyasından prezidentliyə namizəd Co Bayden rəqibi, hazırkı Prezident Donald Trampı 7.2 bal qabaqlayır. “Real Clear Politics” siyasi analitik saytı tərəfindən hazırlanan anketlərə görə, aparılan sorğuların ortalaması götürüldükdə, Baydenin Trampdan 7.2 bal qabaqda olduğu görünür.

Baydenin bazar ertəsi günü açıqlanan nəticələrdə 7.9 bal qabaqda olduğunu nəzərə alsaq, Trampın rəqibi ilə arasındakı fərqi azaltdığı məlum olur.

Seçkilərin taleyini təyin edəcək bölgələrdə də nəticələr sürətlə dəyişir. Florida, Penslivaniya, Arizona, Şimali Karolina, Miçiqan və Viskonsin kimi kritik ştatlarda fərq Trampın lehinə dəyişməyə başlayıb.

 

Mənbə: teleqraf.com