Avropa Komissiyası vətəndaşları səyahət etməməyə çağırıb

Avropa Komissiyası vətəndaşları səyahət etməməyə çağırıb

Avropa Komissiyası Avropa Birliyinə üzv olan ölkələrin vətəndaşlarından səyahət etməmələrini istəyib.

Redaktor.az xəbər verir ki, bunu Avropa Komissiyasının başqanı Ursula Fon der Lyayenə öz çıxışında qeyd edib. O, birliyə üzv olan 450 milyon vətəndaşa yoluxmanın qarşısını almağa kömək etməyin sosial məsuliyyət olduğunu söyləyib. Eyni zamanda ölkələr arasında səyahətə yalnız vacib hallarda icazə veriləcəyini bildirib.

Qeyd edək ki, turizm birliyə üzv olan ölkələrin milli gəlirinin 10%-ni təşkil etdiyi üçün yaz-yay aylarında həmin ölkələr arasında səyahət etməyə icazə verilmişdi.

 

 

 

 

Mənbə: redaktor.az