Kanadanın baş naziri Trudeau: “Bunlar iyrənc cinayət əməlləridir, İslamı təmsil edə bilməz”

Kanadanın baş naziri Trudeau: “Bunlar iyrənc cinayət əməlləridir, İslamı təmsil edə bilməz”

"Bu hücumları həyata keçirən cinayətkarlar, terrorçular, soyuqqanlı qatillər İslamı təmsil etmir".
Yeniavaz.com “Haberler.com”a istinadən xəbər verir ki, bu sözləri Kanadanın baş naziri Castin Trudeu, Fransanın Nitsa şəhərində kilsədə baş verən və 3 nəfərin ölümü ilə nəticələnən bıçaqlı hücumla əlaqədar deyib.
Avropa İttifaqı liderləri ilə görüşməsindən sonra Trudeau, "iyrənc" terror aktı kimi qiymətləndirdiyi hücumu qınayıb. Həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib: “Bunlar iyrənc cinayət əməlləridir və hər vəziyyətdə ədalətsizdir. Bu insanlar Fransa, Kanada və ya dünyanın başqa bir yerindəki müsəlmanları təmsil etmir”.

Mənbə: www.yeniavaz.com