Emoməli Rəhmon 5-ci dəfə prezident andı içdi

Emoməli Rəhmon 5-ci dəfə prezident andı içdi

Tacikistanın yenidən seçilmiş Prezidenti Emoməli Rəhmonun andiçmə mərasimi 30 oktyabrda Düşənbədəki “Kohi Somon” Sarayında baş tutub.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Prezident simvollarının (ştandart, nişan, Tacikistanın birinci dərəcəli ordeni və prezidentin sertifikatı) təqdimatından sonra Rəhmon and içib.

“Prezident olaraq respublika Konstitusiyasını və qanunlarını qorumağa, vətəndaşların hüquqlarını, azadlıqlarını, şərəf və ləyaqətini təmin etməyə, Tacikistanın siyasi, iqtisadi və mədəni müstəqilliyini qorumağa və xalqa sədaqətlə xidmət etməyə and içirəm” deyib.

Mərasimdən sonra dövlət başçısının korteji Tacikistanın təhlükəsizlik qüvvələrinin əsgər və zabitlərinin iştirakı ilə hərbi paradın keçiriləcəyi paytaxtın Dusti meydanına yola düşüb.

Xatırladaq ki, bu il Emoməli Rəhmonun andiçmə mərasimi 2006 və 2013-cü illərdəki kimi xarici dövlət başçılarının iştirakı olmadan keçirilib. 1999-cu ildə Emoməli Rəhmon ikinci dəfə prezident andı içəndə mərasimə yüksək səviyyəli xarici qonaqlar qatılıb. O mərasimdə, xüsusilə Rusiya Prezidenti Vladimir Putin də iştirak edib.

Qeyd edək ki, Tacikistanda prezident seçkiləri 11 oktyabrda keçirilib. MSK-ya görə, beş namizəd arasından Emoməli Rəhmon səslərin 90% -dən çoxunu toplayıb və yenidən ölkə prezidenti seçilib.

 

Mənbə: konkret.az