Beynəlxalq təşkilatlar erməniləri qəzəbləndirib

Beynəlxalq təşkilatlar erməniləri qəzəbləndirib

Ermənistan hakimiyyəti elə düşünürdü ki, Azərbaycanın mülki əhalisinə qarşı vandallıq, faşist ideologiyası ilə yüklənmiş əməllərinə haqq qazandıranlar tapılacaq. Ermənistan hakimiyyəti elə düşünürdü ki, informasiya müharibəsində 1990-cı illərdə qazandıqları qələbəni təkrarlayacaq, Azərbaycanı blokadaya alıb haqq səsini çıxarmağa imkan verməyəcək, dünya ölkələri onların tərəfində olacaq.

Lakin anlamadılar ki, Azərbaycan bu müharibəyə təkcə hərbi üstünlüklə daxil olmayıb, eyni zamanda informasiya sahəsində də ölçülü planlar hazırlayıb. Budur, Azərbaycanın informasiya müharibəsində qalibiyyəti hiss edilməkdədir. Sentyabrın 27-dən bu günə qədər qarşı tərəf informasiya sahəsində uduzur.

Döyüşün ilk günlərdində “Amnesty International" təşkilatının Azərbaycana dair qərəzli təhlil yazısına alqışlar deyən, hətta minnətdarlıq məktubları göndərən Ermənistan hakimiyyəti bu dəfə üzüldü. Bu üzüntü onları o qədər məyus etdi ki, müxalifət partiyaları Nikol Paşinyanı təkcə köhnə döyüş sursatları ilə döyüşə başlamağa görə tənqid etmədi, həm də informasiya müharibəsində uduzduğuna görə top atəşəşinə tutdu.

Gəncəyə endirilən ballistik raketin yaratdığı faciənin ertəsi günü Azərbaycan Prezidentinin tapşırığı ilə dövlət başçısının köməkçisi Hikmət Hacıyev, Baş prokuror Kamran Əliyev və digər rəsmi şəxslər orada oldular. Artıq onların ətrafında BBC, Evronews kimi dünyanın aparıcı KİV-ləri var idi. Bu o demək idi ki, Azərbaycan informasiya cəbhəsində əhəmiyyətli dərəcədə üstünlük əldə edib. Bərdəyə atılan raket zərbəsi nəticəsində 21 insan ölümü və 70-ə yaxın şəxsin yaralanması da dünyanın aparıcı təşkilatlarının gündəmində yer tutdu. Ermənistan faşist əməllərini gizlədə bilmədi.

Elə “Amnesty International" təşkilatının hesabatında qeyd edildi ki, oktyabrın 28-də yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə, xəstəxananın yaxınlığındakı yaşayış sahəsinə bir ya bir neçə “Smerç” raket atılıb. Azərbaycan Respublikasının Baş Prokuroluğu raket zərbəsi zamanı azı 21 nəfərin həlak olduğunu, 70-ə yaxın şəxsin yaralandığını bildirib.

Təşkilatın ekspertləri fotomüxbir tərəfindən çəkilmiş, 9N235-in kaset döyüş sursatlarının fraqmentləri təsvir edilmiş şəkillərin doğruluğunu təsdiq ediblər. Eyni zamanda aşağıdakı fikirlər rəsmi İrəvanı xüsusilə qəzəbləndirib: "Yaşayış məntəqələrinin kaset döyüş sursatları ilə atəşə tutulması insanların həlak olması, yaralanması, əzab çəkməsina səbəb olan qəddar və məsuliyyətsiz əməldir ".

“Amnesty International”-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mariya Strutersin “beynəlxalq humanitar hüquqa əsasən kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi qadağandır” fikrinə qarşı artıq bu gün Ermənistan KİV-ləri qəzəb püskürürlər. Lakin təəssüflər olsun ki, hələ də müharibə qaydaları ilə hərəkət etməyən qarşı tərəf faşist ideologiyasını əsas götürür. Müharibə qaydalarına əsasən mülki insanlara və mülki obyektlərə zərər vurulmamalıdır. Lakin 21-ci əsrdə hələ də ərazi bütövlüyü anlamını, beynəlxalq hüququ, qəbul edilmiş bir sıra konsvensiyaları ayaqlar altına atan Ermənistan öz çirkin ideologiyası ilə hərəkət edir.

“Amnesty International" təşkilatının haqlı mövqeyinin üstündən bir gün keçməmiş “VICE News” kanalının jurnalistləri oktyabrın 28-də bu cür raketlərin çoxsaylı istifadəsini təsdiqlədilər. Bildirildi ki, hücumdan bir neçə saat sonra aparılan araşdırmada “Amnesty International”ın hərbi mütəxəssisi Brayn Kasner və BMT-nin keçmiş hərbi müşaviri Mark Qarlasko “Smerç” raketinin təsirini və qalıqlarını aşkar ediblər.

Kanalın məlumatında o da bildirildi ki, xəstəxana və yaşayış evlərinin həyətlərinə düşən raket mərmiləri 21 nəfərin həyatına son qoyub. Bu, ötən aydan Qarabağda döyüşlərin yenidən başlamasından sonra ən çox mülki şəxsin ölümü ilə nəticələnən hücumdur. Bərdə Rayon Mərkəzi Xəstəxanasında olan jurnalistlər burada mülki geyimdə olan və partlayış xəsarətləri almış 12 nəfərin meyitini müşahidə ediblər.

Bu məlumatdan sonra artıq kanalın saytının rəy bölümündə ermənilərin iyrənc fikirləri səslənib, kanal qeyri-obyektivlikdə günahlandırılıb. Halbuki, bu xəstə təxəyyüllü millətin nümayəndələrinin yazdığı rəylərdir və bundan artığını gözləməyə dəyməzdi.

Azərbaycan Silahlı Qüvvələri hər gün cəbhədə inamla irəliləyir. Müharibə bitəcək. Azərbaycan qalib gələcək. Lakin o günlər xatırlanarkən tarixə o da yazılacaq ki, Ermənistan mülki insanlara rəhm etmədi, uşaqlara qıydı, faşist ideologiyasını işə salıb Azərbaycan xalqı arasında panika yaratmaq istədi. Amma bu onlara müyəssər olmadı.

 

 

Mənbə: yenisabah.az