“Əminik ki, Azərbaycan bu davada onu yarı yolda durdurmaq istəyən qüvvələri də fakt qarşısında qoyacaq”

Dinc əhaiyə qarşı bu cür vəhşilikləri yalnız mahiyyəti şovinzim, terrorizm və faşizmin məcmusundan ibarət olan erməni hərbi-siyasi dairələri edə bilər. Müharibənin nəticələri Ermənistan üçün o dərəcədə ağır olmalıdır ki, onilliklər boyu özünə gələ bilməsin və arxasında kimin durağından asılı olmayaraq, bir daha qonşu ölkələrin torpaqlarını zəbt etmək xəstəliyini reallaşdırmağa cürət etməsin.”

Bu tarixi situasiyadan məharətlə istifadə edib, müqəddəs torpaqlarımızın işğaldan azad olmasının sonuna qədər getməli,Azərbaycan xalqının taleyini böyük dövlətlərin geosiyasi oyunlarından və həmin oyunların “erməni amili” adlı alətindən birdəfəlik qurtulmasına nail olamalıyıq.

Bunu Moderator.az-a millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyib.

Əli Məsimli bildirib ki, “bir aydan artıqdır ki, Azərbaycan Ordusu BMT Baş Məclisi, Avropa Şurası və bir sıra digər beynəlxalq təşkilatların müvafiq qətnamələrində təsbit edilmiş ərazi bütövlüyünü təmin etməkdən ötrü, BMT Təhlüksizlik Şurasının 4 məlum Qətnamsinin tələblərinə uyğun surətdə mülki insanlara ziyan vurmadan ancaq hərbi xarakterli obyektlərə zərbə endirməklə torpaqları Ermənistanın 30 illik işğalından azad edir. Rəşadətli ordumuzun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Qarabağ hərbi arenasında proseslərin Azərbaycanın xeyrinə getdiyini görən ATƏT-in Minsk Qrupunun üzv dövlətləri Azərbaycan ordusunun zəfər yürüşünü yarımçıq saxlayıb,vəziyyəti dondurmaq və yenə də prosesləri 30 illik mənasız danışıqlar məcrasına sürükləmək istəyirlər. Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilmiş “25 uşaq” Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədri olan Rusiya, ABŞ və Fransa prezidentlərinə məktub yazıb.Məktubda deyilir ki,” Öz evimizə getmək istəyərkən Minsk qrupunun həmsədrləri evimizə gedən yolu kəsirlər.Soyqırımı yaşamış uşaqlara kömək etmirsiniz, heç olmasa öz evlərinə qayıtmalarına mane olmayın.Belə məktublar erməni işğalına məruz qalıb, 30 ilə yaxındır ki,məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş 1 milyondan artıq soydaşlarımızın adından da göndərilməldir ki, niyə evimizə qaytmağa mane olursuz?”

Əli Məsimli mülki əhaliyə olan raket hücumlarıana münasibət bildirərkən deyib ki, Ermənistan hərb meydanında uğradığı ağır məğlubiyyətləri pərdələmək üçün cəbhə xəttindən kənarda olan şəhər və kəndlərimizin bombalamaqla dinc əhali arasında qorxu və çaşqınlıq yaratmaq istəyirlər. Amma bu əks nəticə verir,Azərbaycan xalqını qorxutmur,əksinə düşmənə qarşı daha sıx birləşdirir.Ermənisanın şərəsizcəsinə törətdiyi bu hərbi cinayətlər həm də döyüş meydanında Azərbayvcan ordusu qarşısında acizliyinin bariz nümunəsidir. Ermənistan, “əgər biz batırıqsa, qoy onda başqaları da batsın” prinsipindən çıxış edərərək mülki əhaliyə qarşı bu cür çirkin əməlləri, hiylə və təxribatları ilə Azərbaycanın da buna adekvat cavanb verməyə təhrik etmək,Qarabağ müharibəsinə KTMT-ni qatmaq, iki dövlət arasındakı müharibəni böyük regional böhrana çevirmək istəyir.”

Əli Məsimli vurğulayıb ki,”dinc əhaiyə qarşı bu cür vəhşilikləri yalnız mahiyyəıti şovinzim,terrorizm və faşizmin məcmusundan ibarət olan erməni hərbi-siyasi dairələri edə bilər.Kişinin mahiyyəti və mədəniyyəti uşaq və qadina münasibətlə ölçülür.Bu,xeyli dərəcədə dövlətin mahiyyətinə də aidddir. Azərbaycan Ermənistana qarşı öz mahiyyətnə uyğun-dinc əhaliyə xələl vurmadan yalnız qarşı tərəfin hərbi birləşmələri ilə döyüşür. Azərbaycan intellektual müharibə usulu ilə mülki insanlara ziyan vurmadan ancaq hərbi xarakterli obyektlərə zərbə endirməklə torpaqları Ermənistanın 30 illik işğalından azad edərkən həm də bir hərb mədəniyyəti sərgiləyir. Ermənistanın, bir tətəfdən öz uşaq və yeniyetmələrini döyüşə göndərməsi,digər tərəfdən isə Azərbaycan ərazisində uşaq və qadınları hədəfə alması bu dövlətin nasist mahiyyətli bir dövlət olduğunu əyani şəkildə ortaya qoyur.Bu məsələ intensiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmalııdr.Həm də davamlı şəkildə vurğulanmalııdr ki,Ermənistanı bu cinayətlərə şirnikləndirənlər və dəstəkləyənlər də həmin hərbi cinayətlərin iştirakçilarıdır.”

Əli Məsimli onu da vurğulayıb ki, “beynəlxalq qurumların çoxu Azərbaycana münasibətdə riyakarlıq edirlər... Oktyabrın 28-də raket zərbələri ilə Bərdədə 21 nəfər qətlə yetirildi, 100 nəfərdən çox dinc sakin yaralandı, amma Türkiyə və Pakistandan və bir sıra dostlardan başqa bu terroru pisləyən və ya faciənin miqyasına adekvat səviyyədə pisləyən olmadı.Əgər Azərbayvan Ermənistanın Gəncədə,Bərdədə və bizim digər ərazilərimizdə mülki əhaliyə qarşı törətdiyi müharibə cinaytlrinin bir faizini Ermnistana qarşı etsəydi, BMT TŞ çoxdan yığışıb sanksiya xarakterli bəyanat verib, faktaraşıdırıcı missiyasını ora göndərmişdi və Azərbaycana qarşı tədbirlər görmüşdü... Ona görə də əsas funkisyalarında biri məhz ding əhalinin təhlükəsizliyini qorumaqlan ibarət olan BMT faktaraşıdırıcı missiyasını Gəncə, Bərdə və digər şəhərlərə göndərib,ermənilərin törətdikləri vəhşiliklərə qiymət verməli və buna adekvat olan tədbirlər görməlidir.”

Əli Məsimli bildirib ki, “Azəbaycandakı diplomatik korpus, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri və beynəlxalq KİV-lər Ermənistanın dinc sakinlərə qarşı qəsdən törətdikləri cinayətlərini birinci səfər zamanı Gəncədə və bu dəfə isə kasset raketi hücumu ilə Bərdə və Tərtərdəki cinayətlərini yerindəcə gördülər. "Human Rights Watch" insan haqları üzrə beynəlxalq təşkilatı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib. II Dünya Müharibəsi tarixindən nasistlərin törətdiyi vəhşiliklərə görə cəzalandırılması təcrübəsi var. Həmin təcrübəni və ondan sonra da tətbiq edilən təcrübələri erməni nasistlərinə də tətbiq etmək və layiqli cəzalarını vermək lazımdır.Ermənistanın törətdiyi hərbi cinayətlərə hüquqi qiymət verilməli və düşmən ölkənin hərbi-siyasi rəhbərliyi beynəlxalq səviyyədə cəzalandırılmalıdır. Ermənistan Azərbaycana qarşı yeni təcavüz aktı törətdikdən dərhal sonra siyasi riyakarlıq nümayiş etdirərək İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişdir. Bu baxımdan Azərbaycanın Ermənistanın müharibə cinayətləri törətməsi nəticəsində mülki şəxslərin həlak olması, vətəndaşların yaralanması, yaşayış binalarının, şəxsi evlərin və digər mülki obyektlərin yararsız vəziyyətə düşməsi barədə Avropa Məhkəməsinə müraciət xüsusi əhəmiyyət kəsb edir.”

Əli Məsimli vurğulayıb ki, “Ermənistan Bərdəyə hücumla humanitar atəşkəs dövründə insanlığa qarşı cinayət törətməklə, həmsədrlərin münaqişənin sülh yolu ilə həlli məsələsindəki xülyalarını basdırmış oldu və Ermənistan növbəti dəfə sübut etdi ki, Azırbaycan öz torpaqlarını hərb yolu ilə azad etməsində tam haqlıdır. Ona görə də erməni vəhşilklərinin beynəlxalq məhkəmələr səviyyəsinə qaldırmaqla yanaşı,torpaqlarımız tam azad edəndən sonra özümüz də ermənilərin soyqırım törətdikləri Xocalıda uşaq qatillərinə qarşı bir məhkəmə təşkil etməliyik.Belə bir məhkəmənin təşkili dünyada hərbi cinayatlarlığa,insanlığa qarşı cinayətkarlığa qarşı mübarizənin dönüş nöqtəsi olar! Bununla yanaşı şanlı Azərbaycan əsgəri mülki şəxsləri qətlə yetirənlərin, Xocalı soyqırımını törədən uşaq və qadın qatillərinin qudurmuş davamçılarının daha çox hissəsinin “quduzluğa qarşı iynəsini” beynəlxal məhkəmələrin nəticələrini gözləmədən məhz döyüş meydanındaca vurub məhv etdiyi kimi, inanırıq ki, bundan sonra daha geniş planda məhv etməkdə davam edəcək.”

Əli Məsimli bildirib ki, “30 il nəticəsi olmayan,bundan sonra da Azərbaycan üçün məqbul nəticə verməyəcəyi qabaqcadan bəlli olan danışıqların limiti çoxdan bitib. Danışıqların yalnız bir mövzusu ola bilər: Ermənistan Azərbaycanın işğal etdiyi torpaqların qalan hissəsindən öz xoşu ilə çıxır,yoxsa Azərbaycab ordusunun sarsıdıcı zərbələri altında əzilib çıxacaq?”

Əli Məsimli bildirib ki,”biz bu müharibənin yeni mərhələsinin astanasındayıq. Azərbaycan Ordusunun Laçın dəhlizini və digər torpaqlarımızı da nəzarətə götürməsi döyüş əməliyyatlarında dönüş nöqtəsi olacaq. Bütün münaqişələrin sonunda danışıqlar masası, diplomatiya olur. Azərbaycan Qarabağ davasında təkcə Ermənistana qarşı yox,dünya erməni lobbisinə,onun ələ aldığı qüvvələrlə,Ermənistanın havadarları və himayədarlarına qarşı da savaşır.Amma rəşadətli Azərbaycan ordusu öz şanlı qələbələri və davamlı zəfər yürüşü ilə yeni reallıq yaradıb.Əminik ki, həmin yeni reallıqdan məharətlə istidadə edib,döyüş meydanında əldə etdiyimiz uğurları diplomatik müstəvidə də davam etdirmək və Azərbaycanı bu müqəddəs müharibədə yarı yolda durdurmaq istəyən qüvvələri fakt qarşıısnda qoyacağıq.”

Əli Məsimli sonda bildirib ki, “Azərbaycan ordusunun yaratdığı yeni reallıqlar göstərir ki, Qarabağ proableminin ədalətli həllində hərbi-siyasi yol-ən optimal həll yoludur. Azərbaycan xalqı,dövlət torpaqlarımızın işğaldan azad edilməsi qərarını verib və şanlı ordumuz da bu qərarı şərəflə,uğurla yerinə yetirir. Bu tarixi situasiyadan məharətlə istifadə edib, torpaqlarımızın işğaldan azad olmasının sonuna qədər getməli, Azərbaycan xalqının taleyini böyük dövlətlərin geosiyasi oyunlarından və həmin oyunların “erməni amili” adlı alətindən birdəfəlik qurtulmasına nail olamalıyıq. Müharibənin nəticələri Ermənistan üçün o dərəcədə ağır olmalıdır ki, onilliklər boyu özünə gələ bilməsin və arxasında kimin durağından asılı olmayaraq, bir daha qonşu ölkələrin torpaqlarını zəbt etmək xəstəliyini reallaşdırmağa cürət etməsin.”

 

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

“Azərbaycanda olan milli cəld yeməklər yüz dəfə “Mcdonald”s yeməklərindən sağlamdır...”

SONRAKI XƏBƏR

"Dünya Ermənistanı humanitar öhdəliklərinə əməl etməyə məcbur etməlidir" Məhəbbət İbrahimova