Gürcü vətəndaşı erməniləri öz ərazilərindəcə ruhdan salmağın yolunu təklif etdi - FOTO

Gürcü vətəndaşı erməniləri öz ərazilərindəcə ruhdan salmağın yolunu təklif etdi - FOTO

İsveçrədə Matterhorn dağı var və İsveçrə səlahiyyətliləri hərdən (bayramlarda və ya mənəvi dəstək üçün) onun üzərində müxtəlif dövlətlərin bayraqlarını əks etdirirlər. Türkiyədə də ermənilərin Ararat adlandırdıqları və müqəddəs saydıqları Ağrı-Dağ adlı gözəl bir türk dağı var. Ermənilər ona İrəvandan baxır və nə vaxtsa ələ keçirməyi xəyal edirlər.

Eurasia Diary xəbər verir ki, “Baku Nord” teleqram kanalının abunəçisi təklif edir ki, İsveçrə təcrübəsindən istifadə edərək arabir və ya davamlı olaraq Ağrı Dağda (Ararat) Türkiyə və / və ya Azərbaycan bayraqları əks etdirilsin.

İdeyanın müəllifi hesab edir ki, ermənilər üçün hər dəfə İrəvandan müqəddəs saydıqları Ararat dağında Türkiyə və / və ya Azərbaycan bayrağının əks olunduğunu görməkdən daha ruhdansalıcı heç nə yoxdur. Onun da qeyd etdiyi kimi, bu ermənilərə dağın keçmişdə və indi əslən türk dağı olduğunu və həmişə türk dağı olaraq qalacağını xatırladacaq.

Onun məktubunun tam mətnini təqdim edirik:

“Bu məktubun tam mətnini paylaşmağınızı xahiş etməyimin bir səbəbi var: Mən Ermənistan-Azərbaycan münaqişəsində tamamilə qərəzsizəm. Mən nə azərbaycanlıyam, nə də erməni, mən gürcüyəm və buna görə də sizin (Qarabağ) münaqişənizi ən qərəzsiz və bitərəf şəkildə qiymətləndirirəm. Buna baxmayaraq, bilin ki, gürcülərin böyük əksəriyyəti kimi mən də qardaş Azərbaycanın tərəfindəyəm. Biz min illərdir ki, ermənilərlə çiyin-çiyinə yaşayırıq və təəssüf ki, onların necə insanlar olduqlarını bilirik. Təkcə son yüz ildə kürəyimizə çox sayda bıçaq vurublar:

1. Osmanlı İmperiyasından gələn erməni qaçqınlarına sığınacaq verdikdən sonra, Birinci Dünya Müharibəsindən sonra, 1918-ci ildə, qaçqın olaraq yerləşdikləri əraziləri özlərinə ilhaq etməyə çalışaraq bizə müharibə elan etdilər. Bundan əlavə, bu müharibədə qarşımızdan qaçandan və quyruqları qapı arasında qalandan sonra, Azərbaycan və Türkiyə ilə avantüraya baş qoşdular və iki il sonra türklər və azərbaycanlılara qarşı bizdən (Gürcüstandan) yardım tələb etməyə (xahiş yox, tələb!) üzləri oldu. Görülməmiş həyasızlıq!!! Necə də indiki vəziyyətə bənzəyir.

2. Abxaziyadakı müharibə. Abxaziya və Şimali Qafqaz silahlıları gürcülərə qarşı edilən vəhşiliklərdə erməni batalyonlarından geri qalırdı.

3. Cavaxetiya. 19-cu əsrdə qismən Paskeviçin sayəsində, qismən də yuxarıda göstərilən qaçqınların sayəsində bu torpaqlarda məskunlaşdıqları üçün, hələ də Gürcüstan ərazilərindən bir parça qoparmaq üçün məqam gözləyirlər. Cavaxetiya separatçılarının lideri Vahan Çaxalyanı indi Qarabağ torpağında qurdlar yediyi üçün sizə (Azərbaycana) Gürcüstan adından xüsusi təşəkkür edirəm.

4. 2008: bu yaxınlarda olanlardan. Ermənilərin o zaman necə davrandıqlarını hamımız xatırlayırıq. Və bu yalnız son yüz ildə olub. Və tarix boyu belə olub. Qafqaza yeni işğalçı gəldikdə və ya kimsə çətinliyə düşən kimi, ermənilər yeni sahiblərinin işinə yaramaq üçün köhnə dostlarının / qonşularının kürəyinə bıçağı ilk sancan insanlardır. Bizanslılar Osmanlı fəthləri dövründə və Osmanlılar Birinci Dünya Müharibəsi dövründəki çətinliklər zamanı, eyni zamanda Gürcüstan və Azərbaycan və SSRİ-nin dağılmasından sonra. Yəni hər kəs ermənilər tərəfindən xəyanətə uğrayıb. İndinin özündə də Paşinyan sanksiyalara görə çətinliklər yaşayan Rusiyaya bir növ erməni xəyanəti etdi və ermənilər Qərbin - xüsusən də Avropanın və Fransanın qanadının altına qaçaraq sahibini dəyişdirməyə qərar veriblər. Eyni zamanda Bizansda, Osmanlıda və Gürcüstanda, Azərbaycanda və Rusiyada ermənilər hər zaman cəmiyyətdə üstün mövqe tutaraq hamıdan yaxşı yaşamışlar. Beləliklə, qardaş türklərin və azərbaycanlıların Ağrı-Dağda öz bayraqlarını gördükləri zaman bunun səmimi qəlbdən Azərbaycana sülh və firavanlıq arzulayan bir gürcünün ideyası olduğunu xatırlamağını istərdim! Xahiş edirəm bu məktubu mümkün qədər paylaşın!

Qarabağ Azərbaycandır! Abxaziya Gürcüstandır! Qafqaza sülh! Uğurlar qardaşlar!"

Fotoşəkillərdə İsveçrədəki Matterhorn dağı üzərində bayrağın əks olunduğunu və İrəvan şəhərindən Ağrı-Dağın mənzərəsini görmək mümkündür. Beləliklə, oradan Türkiyə və Azərbaycan bayraqlarının nə qədər möhtəşəm görünəcəyini əyani şəkildə təsəvvür edə bilərsiniz.

Mənbə: ednews.net