Paşinyan ABŞ, Fransa və Rusiyanı niyə şantaj edir? - ŞƏRH

Paşinyan ABŞ, Fransa və Rusiyanı niyə şantaj edir? - ŞƏRH

Deyir “Cəhənnəmə gedən qardaşını çox istəyir”. Eynən Nikol Paşinyan kimi. Çünki Nikolun cəhənnəmə gedən yolu artıq görünür. Di gəl ki, bu varlıq cəhənnəmə heç də tək getmət fikrində deyil. Özü ilə çox sayda soydaşını, tərəfdaşını, hətta bütün onu tanıyanları yığıb aparmaq istəyir. Olsun, bizlərə xoş. Amma bu qədər şərəfsizin yolasalma mərasimini Paşinyan Azərbaycan xalqının, Azərbaycan Dövlətinin hesabına etmək istəyir. Bu məqsədlə, gecə-gündüz ətrafını şantaj edir, hamıya hədə-qorxu gəlir. Bu yolda bəzən həddini də aşır. Bilirsiniz necə?

Birincisi, bir zamanlar ona dəstək olan, onun hakimiyyətin ən yüksək eşalonuna qaldıranları şantaj edir. Məsələn, ABŞ, Fransa, Rusiya və digər böyük dövlətləri. Bilirsiniz nəyə görə? Ermənistanı Azərbaycanın qarşısında təkbaşına və aciz vəziyyətdə qoyduqlarına görə. Paşinyan belə hesab edir ki, bu dövlətlər nəyin bahasına olursa-olsun, sona qədər Ermənistan siyasi hakimiyyətini müdafiə etməyə borcludur. Fikrini də belə əsaslandırır ki, onların Azərbaycanla müharibə aparmasının səbəbi guya Türkiyənin Qafqazda mövqelərinin möhkəmlənməsinin qarşısını almaqdır. Guya ermənilər Azərbaycanla, elə Türkiyə ilə düşmən olmasının tək səbəbi ABŞ, Fransa, Rusiya və digər Avropa dövlətlərinin siyasi maraqlarıdır. Guya ermənilər bu dövlətlərin heç nədən maraqlarının girovuna çevrilib. Ən qəribəsi budur ki, indi Ermənistanda çoxları bu cür düşünür. Məsələn, qondarma qurumun başçısının xarici işlər üzrə müşaviri David Babayan deyir ki, “Seçkilər ərəfəsində Azərbaycan və Türkiyənin atəşkəsə hörmətsizlik etməsi Trampın qələbəsinə zərbədir.” Erməni politoloq Tevan Poqosyan isə bir qədər də qabağa gedərək deyir ki, “Ərdoğan və Əliyevin siyasətləri Putin, Makron və Trampın imicinə birbaşa zərbədir.” Bu yerdə deyirlər ey: “Əlisi dəli. Vəlisi dəli. Ayə bu köpək uşağının hamısı da dəli?!…” Paşinyan, deyəsən, bütün ermənilərin zehnini korlayıb. Hamısı korafəhmdir. Nə danışdıqlarını bilirlər, nə etdiklərini görürlər.

İkincisi, Paşinyan öz sələflərini jantaj edir. Ter-Petrosyandan və Koçaryandan tutmuş Sarkisyana, eləcə də Boka Saakyana qədər hamını. Nikol onlara açıq şəkildə deyir ki, əgər mənə və hakimiyyətimə bir şey olsa “açacam sandığı, tökəcəm pambığı”. Deyəcəm ki, bu adamlar öz şəxsi maraqları üçün son 30 ildə 15 mindən artıq erməninin qətlinə fərman veriblər. Bu 15 min insan mənasız Qarabağ savaşının qurbanlarıdır. Açığı Paşinyanın şantajları işinə yarayır da. Bu gün Qarabağ “qəhramanları” adlandırılan bu adamlar nəinki, Paşinyanın yarıtmaz fəaliyyətindən dolayı onun istefasını tələb etmirlər, əksinə onun müdafiəsinə qalxırlar. Bu yaxınlarda, İrəvanda 13 siyasi partiyanın toplaşıb birgə bəyanat verməsi bunun ən bariz nümunəsidir.

Üçüncüsü, Paşinyan sadə erməni xalqını şantaş edir. Deyir ki, Qarabağ uğrunda “müqəddəs” savaşda xalq onu tək qoyub. Fərarilik günbə-gün artır. Arxa cəbhə ön cəbhəyə lazmi yardımı göstərmir. Ona görə də Ermənistan döyüşdə Azərbaycana uduzur. Və ilaxır və sair….

Hə,… Əziz oxucu! Beləcə Nikol Paşinyan çıxdığı cəhənnəm yolçuluğunda hamını özünə yoldaş etmək istəyir. Bax, belə yerdə deyiblər: “Nənəsi gülüm olanın, başına külüm olar”. Nikol kimi gədalara meydan verən böyük dövlətlər və erməni missionerlər bilməli idilər ki, hər şey bumeranq kimidir. Atılan hər şey gec-tez özünə qayıdacaq. Paşinyan kimi qorxaq, səbatsız və gerizəkalı birisi dar macalda nəinki öz himayədarlarını, elə öz dədəsini də satar. Necə ki, satır. Belə məqamda isə ABŞ, Fransa, Rusiya kimi böyük dövlətlərə və erməni misseonerlərə deyiləcək bir söz qalır: “Öz cəzandır, çək Balaş…”

 

Mənbə: konkret.az