Od üzərində yalın ayaqla gəzən Makron

Fransa tarixində yaxın keçmişdə baş verən bəzi ilginc faktları unudan Emmanuel Makron anlamaq istəmir ki, terroristin nə dini, nə də ki milliyəti var.

Fransanın Monpelye şəhərində Məhəmməd Peyğəmbərin karikaturasını şagirdlərə nümayiş etdirən müəllim Samuel Patinin öldürülməsi, Fransanın Nitsa şəhərində Notr-Dam-de-Nits kilsəsində üç nəfərin qətli göstərir ki, hazırda Fransa cəmiyyəti sosial böhran yaşayır. Səbəb isə prezident Emmanuel Makronun bir siyasətçi kimi idarəçilikdə zəif olması və hələ də özünü müəlliməsinin qarşısında şagird kimi aparmasıdır. Hələ prezidentliyinin ilk dövründə ekspertlər Makronu aciz, tam olaraq manipulyasiya olunan və mütləq proqnozlaşdırıla bilənən, bir sözlə müəyyən transmilli qrupların qəfəsində olan birisi kimi xarakterizə edirdilər.

Onun hakimiyyəti dövründə Fransa nəinki beynəlxalq arenada öz mövqeyini möhkəmlədə bildi, əksinə ölkə daxili çaxnaşmalarda boğulmağa başladı. Elə götürək 2018-ci ildən bütün ölkəni bürüyən və uzun müddət davam edən “sarı jiletlər” hərəkatının etirazlarını. Səbəb isə yanacağın qiymətini artırmaqla ölkə iqtisadiyyatında aparılan qeyri peşəkar islahatlar. Fransada baş verən terror hadisələri ilə bağlı Emmanuel Makronun qeyri-adekvat və siyasətçiyə yaraşmayan çıxışları isə od üzərində yalın ayaqla gəzmə kimi çox təhlükəli bir məqamdır.

Görünür Makronun islam dini ilə bağlı son çıxışlarının arxasında başqa bir məqsədlər dayanır. O, terrorla din arasında paralellər çəkmək niyyətindədir, bu isə absurddur. Nəzərə alsaq ki, islam Fransada ibadət olunan ikinci ən böyük dindir və ölkədə islama maraq sürətlə artır, onda Makronun bu cür çağırışları fransa cəmiyyətində sosial partlayışa səbəb ola bilər. Və əgər bu siyasətçi dini və terroru tərəzinin eyni gözünə qoyursa, onda Makron etiraf etməlidir ki, Əlcazairdə dinc insanların başını kəsən babaları da dini fanatizmə sitayiş edən terrorçulardır.

Çünki adı çəkilən ölkənin milyonlarla mülki vətəndaşı Fransız qoşunları tərəfindən məqsədyönlü şəkildə və amansızcasına tələf edilib. Fransız yazıçısı Victor Hüqo kitablarından birində bu kimi işlərə haqq qazandıraraq yazırdı: “müsəlman barbarlarla yalnız güc dilində danışmaq lazımdır”. Fransızların Əlcəzairdə törətdiklərini nasistlərin Şərqi Avropada bəşəriyyətə qarşı törətdikləri cinayətlərlə müqayisə etmək olar. Müstəmləkəçi Fransız qoşunlarının əsgərləri mükafat müqabilində yerli əhalinin qulaqlarını və bədənlərinin digər əzalarını kəsib doğrayaraq öz aralarında yarışırmışlar. Bütün bu köklü faktlar əlbəttə ki, sənədləşdirilib və tarixin yaddaşındadır. Odur ki, Fransanın Əlcəzairdəki yaxın keçmişdəki genosid siyasəti heç bir vasitə ilə ört-basdır edilə bilinməyən və bəşər tarixinə qara ləkə kimi düşən, bir iyrənc terror faktıdır. Amma, Makrondan fərqli olaraq heç kim bu qətliamı din ilə bağlamır.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Erməni terrorunda yaxınlarını itirən uşaq: “Anamın qoxusu üçün darıxıram” + Video

SONRAKI XƏBƏR

“İŞĞAL OLUNMUŞ ƏRAZİDƏ DİNC ƏHALİ SÖHBƏTİ YOXDUR!” – “Oraları azad etmək üçün bizim cavabımız...”