Siyasətdə məsud ola bilməyən, soyadının haqqını verə bilmədən yorulan adam – Məsud Yılmaz

Siyasətdə məsud ola bilməyən, soyadının haqqını verə bilmədən yorulan adam – Məsud Yılmaz

O, əslində etnik mənşəcə türk deyildi, ermənilərə yaxın sayılan həmşin millətindən idi (Bu fakt Türkiyənin nə qədər tolerant, milli kimliyə elə də önəm verməyən ölkə olduğunu göstərir). Fəqət o, Türkiyənin böyük siyasi xadimlərindən biriydi. Onun əsl asl Əhməd Məsud Yılmazdır.

Biz onu Türkiyənin 21-ci baş naziri kimi tanıyırdıq. Məsud Yılmazın Azərbaycana xüsusi rəğbəti vardı, ölkəmizin ayrı-ayrı siyasətçiləri ilə tanışlığa, isti münasibətlərə malik idi.

1947-ci ildə İstanbulda anadan olan Məsud Yılmaz 1971-ci ildə Ankara Universitetini bitirmiş, 1972-1974-cü illər arasında Almaniyanda, Köln universitetində təhsilini davam etdirmişdi.

O, 1983-cü ilin may ayında yaradılan Ana Vətən Partiyasının qurucularından biri və sədr müavini olub. Həmin ilin noyabr ayında keçirilən seçkilərdə parlamentə Rizədən millət vəkili seçilib.

Məsud Yılmaz xarici ilər naziri olmaqla yanaşı, 3 dəfə də baş nazir olub. Birinci dəfə o, 1991-ci ilin aprelindən noyabrına qədər, ikinci dəfə 1996-cı ilin martından iyununa qədər, üçüncü dəfə isə 1997-ci ilin iyununan 1999-cu ilin yanvarına qədər Türkiyənin baş naziri vəzifəsini icra edib.

Onun hakimiyyətdə olduğu dönəmlər Türkiyədə siyasi-iqtisadi baxımdan çox təlatümlü illər idi, seçkilərdə heç bir partiya mütləq üstünlük qazanıb təkbaşına hökumət kabineti formalaşdıra bilmirdi, nəticədə hakimiyyət koalisiyası qurulurdu. Kolaisiyalar isə ilk fikir ayrılığında dağılır, yeni seçkilər təyin edilirdi.

Belə bir mühitdə Məsud Yılmaz kimi istedadlı siyasət adamı öz potensialını lazımi qədər reallaşdıra bilmədi və o, aktiv siyasətdən çəkilməli oldu.

Ancaq Məsud Yılmaz Azərbaycan insanının yaddaşında ölkəmizin dövlət müstəqilliyinin tanınmasında və torpaqlarımızın müdafiəsində müsbət rol oynayan biri kimi qalıb. O bir neçə dəfə ölkəmizə səfərə gəlib, Azərbaycanı “qardaş ölkə” adlandırıb.

Bu gün 73 yaşında həyata vidan edən Məsud Yılmaz onu tanıyanların, sevənlərin yaddaşında müsbət reputasiyalı siyasi xadim kimi qalacaq.

Mənbə: cia.az