Gürcüstan sabah seçkilərə gedir - Saakaşvili əsas namizəddir

Gürcüstan sabah seçkilərə gedir - Saakaşvili əsas namizəddir

Sabah Gürcüstanda 9-cu parlament seçkiləri keçiriləcək.

Publika.az xəbər verir ki, 3 milyon 526 min 23 seçici 150 millət vəkilini müəyyənləşdirmək üçün səsvermə hüququndan istifadə edəcək.

2020-ci il parlament seçkilərində yenilik də olacaq. 21 iyunda parlamentin qəbul etdiyi qərara görə, seçkilər çoxluq sistemi yerinə nisbi təmsilçilik sisteminə əsasən baş tutacaq. Beləliklə, 120 mandat faiz nisbəti, 30-u isə çoxluq sistemi ilə seçiləcək. Yarışa 57 siyasi partiya, 2 seçki bloku qoşulacaq. 40,54 faizdən az səs toplayan partiya təkbaşına hökuməti qura bilməyəcək. Siyasi partiyaların parlamentə girə bilmək üçün 1% səs toplaması kifayət edəcək.

NATO və Avropa İttifaqına inteqrasiya prosesi davam edən Gürcüstanda seçkilərin demokratik yollarla, açıq və şəffaf şəraitdə təşkili kritik əhəmiyyət daşıyır.

Seçkilərdən əvvəlki anketlər Gürcü Xəyalı Partiyasının müxalif rəqib partiyalara nisbətən böyük fərq yaradacağını göstərib.

Anketlər sabiq prezident Mixail Saakaşvilinin dəstəklədiyi Birləşmiş Milli Hərəkat Partiyasının liderliyindəki Birləşmiş Milli Hərəkat-Birləşmiş Müxalifət seçki blokunun Gürcü Xəyalından sonra ən çox səs toplayan tərəf alacağını ortaya çıxarıb.

Bu arada, sabiq prezident Mixail Saakaşvilinin baş nazirliyə namizədliyi də gündəmdədir. Hazırda Ukraynada yaşayan və bu ölkənin Milli İslahat İcra Komitəsinin prezidenti olan Saakaşvili Birləşmiş Milli Hərəkat-Birləşmiş Müxalifət blokunun baş nazirliyə namizədidir.

 

Mənbə: publika.az