Kremldən rus sülhməramlılarının Qarabağa gətirilməsi ilə bağlı AÇIQLAMA

Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin Ermənistan və Azərbaycan liderləri ilə təmasları zamanı Dağlıq Qarabağdakı münaqişə zonasına rus sülhməramlılarını gətirməyi təklif edib-etməməsi sualına cavab verməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi yazır.

“Prezident Bakı və İrəvandakı həmkarları ilə Qarabağ münaqişəsinin mümkün həll yolu üçün ən geniş aspektlərə toxunub” deyə Peskov cavab verib.

Eyni zamanda, prezidentin mətbuat katibi “hər hansı bir sülhməramlı qüvvənin münaqişə bölgəsinə yalnız hər iki tərəfin razılığı ilə gətirildiyini” vurğulayıb.

Rusiyanın bütün münaqişə tərəflərinin razılığını alması halında hələ də sülhməramlılarını göndərməyə hazır olub-olmadığı sualını cavablandıran Peskov “Bununla bağlı mülahizələr yürütməzdim” deyib.

 

konkret.az

ƏVVƏLKİ XƏBƏR

MN: Düşmənin raket-artilleriya silahları anbarı məhv edildi - VİDEO

SONRAKI XƏBƏR

“Gənc oğlan sərxoş vəziyyətdə yataq otağıma girdi...” – Kirayədə qalan qadın