Andrey Çuprıgin: “Münaqişəni “qonaqlar”ın deyil, qonşu ölkələrin iştirakı ilə həll etmək mümkündür”

Minsk formatının dəyişdirilməsi ehtimalı azdır. Ancaq regional bir format yaratmaq olduqca realdır və çox güman ki, bu effektli bir həll olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Orta Şərq üzrə ekspert, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Şərq Elmləri Məktəbinin müəllimi, Beynəlxalq işlər üzrə Rusiya şurasının eksperti Andrey Çuprıgin deyib.

Onun sözlərinə görə, okeanın o tayından Cənubi Qafqaz bölgəsində nələrin baş verdiyini görmək çətindir.

“Beləliklə, regional icraçılar tərəfindən təsdiqlənən danışıqlar sahəsi yaratmağa ehtiyac var”, – deyə o bildirib.

Ekspert həmçinin, 30 ildir davam edən bu münaqişənin həllinin vaxtının gəldiyini vurğulayıb.

“Münaqişəni “qonaqlar”ın köməyi ilə deyil, ancaq qonşu ölkələrin iştirakı ilə həll etmək mümkündür”, – deyə A.Çuprigin sözlərini yekunlaşdırıb. Media.az

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Nəcməddin Sadıqovu əvəz edən zabitimiz erməni generalın yanında durmaqdan imtina etdi — FOTO

SONRAKI XƏBƏR

Azərbaycanda Fransa məhsulları boykot edilə bilər?-AÇIQLAMA