Azərbaycanda Fransa məhsulları boykot edilə bilər?-AÇIQLAMA

Xəbər verdiyimiz kimi Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı göstərdiyi mövqeyinə görə Rəcəb Tayyib Ərdoğan Türkiyə vətəndaşlarına bu ölkənin istehsalı olan məhsulları boykot etməyə çağırıb. Azərbaycanda da Fransa məhsullarını boykot edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, bununla bağlı sosial şəbəkələrdə çağırışlar edilməyə başlanılıb:
"Qeyd edirlər ki, Fransa məhsullarına boykot edək. Adil müəllim də bununla bağlı çağırış edib. Hətta Fransa məhsullarının siyahısını da paylaşmışdı. Düşünürəm ki, Azərbaycanda Fransa məhsulları boykot edilə bilər.
Çünki Fransa bizim haqq savaşımızda öz mövqeyini göstərdi. Əslində Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi tərəfsiz qalmağa üstünlük verməli idi. Amma tam əksi oldu. Düzdür onun tərəfindən cənab prezidentə zənglər olsa da ermənilərin tərəfinin tutduğu bilindi".
Deputat vurğulayıb ki, Türkiyə öz vətədaşlarını daha çox yerli məhsuldan istifadə etməyə səsləyir:

"Bu iqtisadi baxımdan çox vacibdir. Çünki Türkiyənin və Fransanın öz brendləri var. Düşünürəm ki, bunu etsək bizə dəstək olan ölkələr bu aksiyaya qoşulacaq".

 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Andrey Çuprıgin: “Münaqişəni “qonaqlar”ın deyil, qonşu ölkələrin iştirakı ilə həll etmək mümkündür”

SONRAKI XƏBƏR

Əhaliyə 20 manatdan başlayaraq borc verən aparatların fəaliyyəti bərpa oluna bilər