Jan Fransua Mansel: “Erməni icması tərəfindən şiddətli hücumlara, təhqirlərə məruz qaldım”

“Fransadakı erməni icmasının bir sıra üzvlərinin öz işlərini görən jurnalistlərə, fikirlərini ifadə etmək hüququ olan millət vəkillərinə qarşı hücumları tamamilə dözülməzdir. Bu, ermənilərin onların tərəfində olmadığını düşündükləri şəxslərə qarşı törədilən əsl terror təhdidləridir”.

Azvision.az xəbər verir ki, bunu Fransa Respublikası Milli Assambleyasının keçmiş üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel deyib.

Onun sözlərinə görə, azərbaycanlılar, Fransadakı Azərbaycanın dostları insanlara, onların fikirlərinə hörmətlə yanaşaraq, heç vaxt ermənilərə hücum etməyiblər:

“Bu cür hallar qətiyyən dözülməzdir. Erməni icmasını ağılla düşünməyə, qətiliklə bir daha fikir azadlığı və ifadə azadlığının mövcud olduğu Fransada bu cür dözülməz təcavüz hallarını törətməməyə çağırıram. Mən özüm, Azərbaycan Dostları Assosiasiyasının prezidenti olaraq yeddi il ərzində daim erməni icmasının bir sıra üzvləri tərəfindən şiddətli hücumlara, hiddətlərə, hər cür təhqirlərə məruz qaldım.

Xüsusilə sosial şəbəkələrdə. Amma buna baxmayaraq, özümə qarşı olan bu hücumları heç vaxt bildirmədim, amma bu gün işlərini görən jurnalistlərə və millət vəkillərinə qarşı sistemli şəkildə erməni icmasının həmin hücumlar dözülməzdir”.

Milletinsesi.info

ƏVVƏLKİ XƏBƏR

Baş Prokurorluq: Sentyabrın 27-dən bugünədək erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub

SONRAKI XƏBƏR

Taksilərdə şəffaf arakəsmələr yoxdur !- “Cərimələr işə salınmalıdır”