Makronun İslamı hədəf alan sözlərinə Yunanıstandan reaksiya: "Təcavüzkar və təhqiramiz..."

Makronun İslamı hədəf alan sözlərinə Yunanıstandan reaksiya: "Təcavüzkar və təhqiramiz..."

Yunanıstanın ana müxalifət partiyası olan "Syriza" Mərkəzi Yenidənqurma Komitəsinin Siyasi Şurasının üzvü, professor Antonis Liakos Fransa Prezidenti Macronun islama qarşı siyasətinin təhqiramiz olduğunu bildirən məqalə paylaşıb.

Sonxeber.az HABERLER.COM -a istinadən xəbər verir ki, Liakos, "Makronun İslama qarşı siyasəti təcavüzkar və təhqiramizdir. Dünyadakı üç dindən biri olan islama, milyonlarla müsəlmana hücum edərək, terrorçuları müdafiə edə bilməzsiniz".

Qeyd edək ki, Ermənistan-Azərbaycan münaqişəsində işğalçının tərəfində durduğunu elan edən Fransa başçısı Emmanuel Makron indi də İslam dinini təhqir edib.

O, Fransanın İslam dinindən xilas edilməli olduğunu bildirib.

"Fransadakı İslamı xarici təsirlərdən qurtarmalıyıq. Dünyəvilik birləşmiş Fransanın təməlidir. İslam bu gün bütün dünyada böhran içində olan bir dindir" deyə Makron deyib.

Şəlalə Babayeva


Sonxeber.az
 

Mənbə: sonxeber.az