Paşinyanı Miloşeviçin aqibəti gözləyir

Paşinyanı Miloşeviçin aqibəti gözləyir

"Ermənistan qüvvələri 28 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 km məsafədə yerləşən Bərdə şəhərinə hücumda istifadə olunan beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növünü atıb və ya atılması üçün təmin edib. Hücumda ən azı 21 mülki şəxsin öldüyü və ən azı 70 nəfərin yaralandığı bildirilir. "Human Rights Watch" kasetli sursatın qalıqlarının beynəlxalq və yerli jurnalistlər tərəfindən, o cümlədən sakinlər tərəfindən çəkilən fotolarını analiz edib”.

Bu cümlələr "Human Rights Watch" beynılxalq hüquq müdafiə təşkilatının bəyanatındayer alıb. Daha əvvəl isə "Amnesty İnternational" eyni məzmunlu bəyanatla çıxış etmişdi. Ermənistanın dinc Azərbaycan şəhərlərinə qadağan olunmuş silahlarla hücum etməsini pisləyənlər, sadəcə, bu iki təşkilat deyil. Hətta Avropa Şurasının komitə sədrindən də belə bir mövqe açıqlanıb. Qərbin nüfuzlu media qurumları da artıq hərəkətə gəlib, həqiqətləri əks etdirən reportajlar, şərhlər verməyə başlayıblar.

Bütün bunlara əsaslanaraq deyə bilərik ki, sentybrın 27-də əməliyyatlar başlayandan Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən beynəlxalq mediada obyektiv mövqedən çıxış etməyə meyl var. Bu, Azərbaycanın, belə demək mümkünsə, səliqəli döyüş əməliyyatları aparması ilə bağlıdır; Azərbaycan ordusu hətta belə çox mürəkkəb döyüş şəraitində də beynəlxalq konvensiyalara əməl edir, yalnız legitim hədəfləri vurur. Eyni zamanda Ermənistanın buraxdığı səhvləri, daha doğrusu, hərbi cinayətləri dünyaya göstərərək informasiya savaşında üstün mövqeyə çıxdı. Bura ilk növbədə HRW təşkilatının bəyanatında belə bir mühüm təsbit yer alıb: “Ermənstan... beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növünü atıb və ya atılması üçün təmin edib”.

Burda əvvəla, bəyanatlarda bildirilir ki, Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhərləri – dinc əhali atəşə tutulub; ikincisi, beynəlxalq səviyyədə qadağan olunmuş kassetli bombalardan istifadə olunub; üçüncüsü, aydın və net olaraq Ermənistanın adı çəkilir (daha əvvəl, sadəcə, “raket atılıb” ifadəsi işlədilirdi. Kim atıb, hardan atıb? Bu sualların cavabı yazılmırdı). Dördüncüsü, Ermənistanın belə bir yalanı da ifşa olunur ki, raketləri Qarabağdakı erməni qüvvələri atıb. HRW ona da işarı edir ki, raketlər təkcə Ermənistandan atılmayıb, həm də Qarabağdakı erməni qüvvələri atıb və onlara da bu silahı Ermənistan verib, yaxud atmaq üçün yönləndirib. Belə bir mövqe Ermənistana məsuliyyətdən yayınmaq üçün yer qoymur. Və nəhayət, heç bir bəyanatda Azərbaycanın mülki erməni əhalisinə, yaşayış məntəqələrinə, mülki infrastrukturuna atəş açdığına dair bir fikir və ya fakt yer almayıb. Çünki belə fakt yoxdur.

Beləliklə, bu, təkcə Azərbaycanın beynəlxalq informasiya savaşında üstün mövqeyə çatması demək deyil, həm də və ən başlıcası, artıq bütövlükdə Azərbaycan ordusunun apardığı hərbi əməliyyatlarının beynəlxalq hüquqi legitimliyinin qəbul edilməsidir. Bundan da daha mühüm olanı Ermənistan rəhbərliyinin, eləcə də, Qarabağdakı separatçı rejimin beynəlxalq tribunal qarşısına “dəvət olunması” üçün yetərli qədər hüquqi əsas və faktoloji baza var. Bu, keçmi. Yuqoslaviyanı xatırlatdı; Bosniya və Heseqovinada, Kosovada, Xorvatiyadakı Serb Krainasında törədilmiş hərbi cinayətlərə görə təkcə o bölgələrdəki serb seperatçıları – qondarma rejimin başçıları, generalları deyil, eyni zamanda Serbiyanın Prezidenti beynəlxalq səviyyədə cinayət məsuliyyətinə cəlb olunmuşdu. Eyni aqibət Qarabağdakı erməni separatçıları ilə yanaşı Ermənistanın keçmiş prezidentlərini və xüsusilə, indiki baş nazirini gözləyir.

Yeri gəlmişkən, serb separatçılarının və Serbiyanın da arxasında Rusiya dayanmışdı. Ancaq bu, hərbi caniləri cəzadan xilas etmədi. Bir detalı da qeyd edək: Balkanlardakı bu qanlı savaşlarda da Türkiyə ədalətli mövqeyi ilə vardı – hərbi təcavüz qurbanlarının yanında. Bu günkü qədər güclü olmasa da belə...

 

Mənbə: www.bizimyol.info