Erməni vəhşilikləri bütün faktlarla İnsan Haqları Məhkəməsinə göndərilib - Əmirbəyov

Erməni vəhşilikləri bütün faktlarla İnsan Haqları Məhkəməsinə göndərilib - Əmirbəyov

Azərbaycan erməni siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətlərinə görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə, Bərdə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair keçirilən brifinq zamanı deyib.

Onun sözlərinə görə, erməni vəhşilikləri və qanunsuz hərəkətləri bütün faktlarla İnsan Haqları Məhkəməsinə göndərilib:

“Ümid edirik ki, tezliklə məhkəmə bu işə baxacaq və erməni siyasi rəhbərliyi cəzasını alacaq”.

Mənbə: teleqraf.com