Strateq.az “Təsnim”ə istinadla xəbər veriri ki, bunu briqada generalı Kəyumərs Heydəri bildirib.
Şərqi Azərbaycan vilayətinin Culfa və Xudafərin sərhəd bölgələrinə səfər edən hərbçinin sözlərinə görə, İslam Respublikası ordusunun bəzi bölmələri ölkənin şimal-qərb sərhədlərinə yerləşdirilib və əsas məqsəd “qırmızı xətlər”i qorumaqdır.
“İranın “qırmızı xətlər”inin adlanmasına heç bir şəkildə icazə verməyəcəyik”, – deyə briqada generalı vurğulayıb.
Kəyumərs Heydəri əlavə edib: “Qırmızı xətlər”imiz sərhədlərin təhlükəsizliyi, vətəndaşların dincliyi və rahatlığıdır və İran sərhədlərinin təhlükədə olmasına dözə bilmərik”.
O, Şərqi Azərbaycan vilayətində yerləşdirilən müxtəlif bölmələrin çox yaxşı hazırlıq səviyyəsində olduğunu qeyd edib.
Mənbə: strateq.az