“Ermənilər məğlub olduqlarına görə ağıllarını itiriblər”

“Ermənilər məğlub olduqlarına görə ağıllarını itiriblər”

“Biz heç bir danışığa getməməliyik, ordumuz hücumunu davam etdirməlidir və torpaqlarımızı işğaldan azad etməliyik”

Bunu Moderator.az-a açıqlamasında Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov deyib. İ. ismayılov danışıqlar prosesindən heç bir nəticə gözləmədiyini bildirib:

“Mən danışıqlar prosesindən heç bir nəticə gözləmirəm. Birinci dəfə humanitar atəşkəs elan olunan günün səhərisi ermənilər Gəncə şəhərində raket atdılar və bizim orda mülki insanlarımız, qadınlarımız, uşaqlarımız həlak oldu. Bundan sonra Bərdəni, Tərtəri və sonuncu dəfə Bərdəyə iki dəfə raket atmaqla yenə günahsız insanlarımızı qətlə yetirdilər. Ona görə də düşünürəm ki, biz heç bir danışığa getməməliyik, ordumuz hücumunu davam etdirməlidir və torpaqlarımızı işğaldan azad etməliyik”.

İ.İsmayılov düşmənin bu təxribatlara əl atmaqla məkrli niyyətinə nail olmağa çalışdığını bildirib:

“Ermənilər yaşayış məntəqələrimizi atəşə tutmaqla çalışırlar ki, biz də qarşılıq verək və bu işə Rusiyanı cəlb etsinlər. Düşmənin məkrli məqsədi ancaq budur. Amma buna heç vaxt nail olmayacaqlar. Bizim ordu ermənilərin atəş nöqtələrini cavab tədbirləri ilə məhv edir. Müharibə həm də səbrli olmaq tələb edir. Ermənilər məğlub olduqlarına görə ağıllarını itiriblər”.

 

 

 

Mənbə: moderator.az