Ermənistan XİN başçısının Minsk qrupu həmsədrləri ilə görüşü başlayıb

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupu həmsədrləri ilə Cenevrədə görüşü başlayıb.

Bu barədə Ermənistan XİN sözçüsü Anna Nağdalyan feysbuk səhifəsində bildirib.

Bundan əvvəl ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya, Fransa nümayəndələrinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bu günə təyin olunmuş görüşləri ərəfəsində dünən Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair fikir mübadiləsi aparılıb.

 

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Fransanın Nitsa şəhərində 3 nəfəri öldürən terrorçunun kimliyi bəlli oldu

SONRAKI XƏBƏR

“Amnesti İnternəşnl”ın üzvlərini ölkəmizə dəvət etmişik - Prezidentin köməkçisi