Ankara Universiteti azərbaycanlı tələbələrlə bağlı qərar verdi DƏRSLƏRƏ ONLAYN QATILA BİLƏRLƏR

Ankara Universiteti Qarabağda gedən hərbi əməliyyatları nəzərə alaraq, azərbaycanlı tələbələrlə bağlı qərar qəbul edib. Universitetdə təhsil alan azərbaycanlı tələbələr dərslərə onlayn qatıla biləcəklər.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, universitet rəhbərliyi açıqlama yayaraq Azərbaycanı haqq savaşında dəstəklədiklərini bildirib.

“Universitetdə çalışanların və tələbələrin qəlbi Azərbaycanla birgə döyünür. Biz Azərbaycan Ordusunun zəfər çalacağına əminik. İnanırıq ki, Azərbaycan 30 ilə yaxındır işğal altındakı torpaqlarını geri qaytaracaq, 1 milyona yaxın azərbaycanlı köçkün torpaqlarına qayıdacaq”, - rektor, professor Necdet Ünüvar deyib.

Açıqlamada qeyd olunur ki, Ermənistan 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlayır, dinc əhalini hədəfə alaraq qətlə yetirir. İllərdir davam edən danışıqlar heç bir nəticə vermir. Universitet Azərbaycanın haqlı savaşında tələbələrə dəstək olmaq üçün onların dərsləri uzaqdan izləmələrinə imkan verəcək qərar qəbul edib.

“İqtisadi və digər kurslar başlayır. Bundan əlavə, azərbaycanlı tələbələrə hüquq sahəsində akademik dəstək göstəriləcək”,- rektor bildirib.

N.Ünüvar onu da əlavə edib ki, universitetdə hüquq sahəsində çalışan professorlar Azərbaycana dəstək üçün hazırdırlar. Universitet Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün əlindən gələn köməyi əsirgəməyəcək.

 

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Tanınmış jurnalist Makronu ittiham etdi

SONRAKI XƏBƏR

Ermənistanda ordu yox, bir sürü cinayətkar dəstə mövcuddur - Hərbi ekspert