Tanınmış jurnalist Makronu ittiham etdi

Tanınmış jurnalist Makronu ittiham etdi

Eastnews.org-un verdiyi xəbərə görə, "Ray əl-Yavm" qəzetinin Baş redaktoru və ərəb dünyasının nüfuzlu jurnalisti Əbdülbari Ətvan Fransa hökumətinin İslam Peyğəmbərini təhqir etməsinə münasibət bildirib.

Əbdülbari Ətvan açıqlamasında vurğulaylb ki, Fransada baş verən bütün hadisələrə görə Prezident Emmanuel Makron məsuliyyət daşıyır.

"İslam Peyğəmbərini təhqir edən karikaturanı Emmanuel Makron ürəkdən dəstəklədi. Bu onun siyasi kariyerası üçün ciddi nəticələrə səbəb olacaq", - deyə Əbülbari Ətvan diqqətə çatdırıb.

O, qeyd edib ki, Fransada baş verən terror hücumları da qəbul olunmaz haldır və bu yol ilə İslam Peyğəmbərini müdafiə etmək mümkün deyil.

 

Mənbə: eastnews.org