Digər təşkilatların da erməni terrorunu pisləməsini gözləyirik

Digər təşkilatların da erməni terrorunu pisləməsini gözləyirik

"Amnesty International" və "Human Rights Watch" təşkilatlarının Bərdə terroru ilə bağlı verdikləri bəyanat beynəlxalq müstəvidə haqq səsimizi çatdırmaq baxımından xüsusi əhəmiyyətə sahibdir”.

Bunu Publika.az-a hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.

Onun sözlərinə görə, bu təşkilatların bəyanat verməsilə yanaşı, Azərbaycana gələrək öz gözləri ilə baş verən prosesləri izləməsi daha əhəmiyyətlidir: "Bu təşkilatlar ölkəmizə gələrək ermənilərin dövlətimizə, dinc sakinlərimizə qarşı törətdiyi cinayətləri aktlaşdırsalar, müvafiq sənədlərlə tanış olsalar çox yaxşı olar. Beləliklə burada tanış olduqları vacib materialları beynəlxalq təşkilatlara öz hesabatlarında təqdim edə bilərlər. Belə olduğu halda bu, bizim üçün sənədləşmiş vasitə olacaq".

Hüquq müdafiəçisi qeyd edib ki, bu təşkilatların bəyanatından sonra digər nüfuzlu beynəlxalq subyektlərin də erməni terrorunu pisləyən bəyanatını gözləmək olar: "Ermənistanın son addımları, insanlığa, bəşəriyyətə qarşı törətdiyi bu cinayətlər həm Avropa Məhkəməsində, həm də digər beynəlxalq məhkəmələrdə çıxarılacaq. Belə olan halda "Amnesty International" və "Human Rights Watch" kimi təşkilatların susması təbii ki, obyektiv olmazdı. Ona görə də onlar bu barədə öz fikirlərini bildirməklə obyektivliklərini nümayiş etdirdilər".

Akqabay Mıradov

Mənbə: publika.az