Məğlub olan Paşinyan adventistləri döyüşməyə məcbur edir

Məğlub olan Paşinyan adventistləri döyüşməyə məcbur edir

Azərbaycan Ordusunun qarşısından qaçan Ermənistanın ordusunun hərbi texnika və canlı qüvvəsi tükənib. Erməni hərbçilər döyüş mövqelərini kütləvi şəkildə tərk edir, yeni çağırışçılar müharibəyə qatılmamq üçün bütün vasitələrə əl atır, digər hüquq-mühafizə orqanlarının əməkdaşları da həbs olunmaq bahasına olsa belə cəbhəyə gəlməkdən imtina edirlər.

Hazırda işğalçı ölkə uşaqlara, qadınlara, yaşlılara, hətta din xadimləri və məhbuslara möhtac qalıb. Ermənistan Baş Prokurorluğu müharibəyə getmək istəyən məhbusların vaxtından əvvəl azad olunacağını açıqlayıb.

Prokurorluğun mətbuat katibi Arevik Xaçatryan bildirib ki, oktyabrın 28-də cəbhəyə yola düşmüş 12 məhbus vaxtından əvvəl azad edilib.

Ermənistan Ədliyyə Nazirliyi də “Sputnik Ermənistan”ın sorğusuna cavabda müharibəyə getmək istəyən məhbuslara şəraitin yaradıldığını təsdiqləyib.

Məhbuslarla yanaşı, uşaqlar, yaşlılar və qadınlar da hazırda erməni ordusunun əsas qüvvəsini təşkil edir. Hərbi əməliyyatların başladığı sentyabrın 27-dən indiyə qədər işğalçı ordunun 6 minə yaxın hərbçisi məhv edilib. Döyüşmək üçün adam tapılmayan Emənistanda din xadimləri də müharibəyə cəlb olunur. Hərbi əməliyyatlar zamanı əsir düşmüş erməni silahlılarından biri də din xadimidir.

Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Sahakyan Araratoviç bildirir ki, din xadimi olması ilə bağlı etirazlarına baxmayaraq silahlandırılıb və Azərbaycanın işğal altındakı ərazilərinə gətirilərək, Qubadlı rayonunda döyüşlərə cəlb edilib.

Bu fakt iki məqamı ön plana çıxarır.

Birincisi, Ermənistan acınacaqlı vəziyyətdədir. İkincisi, bu ölkə adventisləri müharibəyə göndərən ilk ölkə kimi tarixə düşür.

Tarixə nəzər yetirəndə bunu daha yaxşı anlamaq olar. Amerikalılar vətəndaş müharibəsi, 1812-ci il müharibəsi, ABŞ-Meksika, İspaniya-ABŞ, Birinci və İkinci dünya müharibələri, Koreya və Vyetnam müharibələrinə görə ən şox döyüşmüş xalq hesab olunur. Lakin bu ölkədəki adventistlər bütün müharibələrdən kənarda dayanmağa çalışıb. Onlar heç bir müharibəyə bircə əsgər belə göndərməyiblər.

Avropa advensitləri də öz üzvlərinin hərbi xidmətə getməsinə etiraz edirdilər. XX əsrdə Avropa adventisləri müharibələrdə iştirakdan imtina etdikləri üçün ağır cəzalara məruz qalırdılar: təhqir olunur, döyülür, hərbi tribunala verilir, işgəncələrə məruz qalır, həbs olunur, hətta ölüm cəzaları da alırdılar. Bununla belə onlar müharibədə iştirak etməmək prinsiplərinə sadiq qaldılar.

Mövcudlarının əsas hissəsi müharibədə iştirak etməmək üçün mübarizə ilə keçən adventistlərin bu prinsipini Paşinyan “pozdu”. Pastor Hovsep Sahakyanın dedikləri də sübut edir ki, o, hərbi əməliyyatlara məcburi cəlb olunub. Görünür, məğlubiyyətlə barışmaq istəməyən erməni baş nazir üçün artıq heç nəyin fərqi yoxdur, hətta bütün erməniləri belə ölümə göndərməyə hazırdır.

Asif

Mənbə: publika.az