Putinin balans dediyi nədir və Paşinyan nədən geri çəkilmək istəmir? – Təhlil

Putinin balans dediyi nədir və Paşinyan nədən geri çəkilmək istəmir? – Təhlil

"Moskvanın hədəfimaksimum şəkildə döyüşləri dayandırmaqdır ki, bölgədəki əsas müttəfiqi dəhşətliitkilərə məruz qalıb, böyük çalxantıya yuvarlanmasın”.

Bunu Qaynarinfo-yaaçıqlamasında analitik İlkin Həsənli deyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin son çıxışıgöstərir ki, Moskva maksimum şəkildə savaşın indiki mərhələdə tam dayanmasını istəyirvə Ermənistanın bundan sonra böyük itkilər verməsinə razı deyil:

"Rusiya lideri hədəryerə tərəflərin danışıqlar masası ətrafına oturmalı olduğunu demir. Təsadüfideyil ki, Moskvanın bu açıqlaması Laçın və Şuşa ətrafında qızğın döyüşləringetdiyi ərəfədə baş verir. Digər tərəfdən Moskvanın özünün də etiraf etdiyikimi, Rusiya hərbçiləri bölgədəki döyüşləri diqqətlə analiz edirlər. Putinisrarla bu açıqlamanı verirsə, demək ki, ruslar artıq ermənilərin Laçın vəŞuşada dayana bilməyəcəyi qənaətinə gəliblər. Onlar maksimum bu iki şəhərinişğaldan azad edilməsini yalnız yubada bilərlər, onun qarşısını almaq gücündədeyillər. Moskvada yaxşı başa düşürlər ki, Laçın və Şuşanın əldən getməsi,müharibənin taleyinin tam həll edilməsi anlamına gəlir. Bu isə Ermənistanınqısa zamanda məğlub olması demək olacaq. Ona görə də Putin məsələyə müdaxiləedir və təcili olaraq danışıqlardan bəhs edir”.

İlkin Həsənli qeydedib ki, Putin Azərbaycan ordusunun azad etdiyi torpaqlardan çıxmayacağını gözəlbilir:

"Ona görə də israrladanışıqlar məsələsini gündəmə gətirir ki, əməliyyatlar hanssıa formada zəiflədilsin.Yenə də deyirəm ki, maksimal hədəfləri əməliyyatı dayandırıb, yenidən uzun və mənasızdanışıqlara başlamaq, minimal hədəfləri isə hər şey əldə çıxacağı təqdirdə Azərbaycanaaz da olsa təsir rıçağı saxlamaqdır. Putinin indiki təklifi məhz bu hədəflərəgedilən yoldur. Bir şeyə diqqət edin ki, Putin danışıqların Minsk Qrupu və həmsədrlərininhazırladığı təkliflər əsasında həll edilməsini istədiyini deyir. İndiyə qədər tərəflərəedilən təkliflər yalnız həmsədr ölkələr tərəfindən hazırlanıb. Yəni, burada heçbir Minsk Qrupundan söhbət gedə bilməz. Lakin bu açıqlama ilə Putin yenidən tərəfləriMadrid prinsipləri ətrafında müzakirəyə çağırır. Yəni, demək istəyir ki, Azərbaycanınazad etdiyi rayonlara rəğmən, yenə də bizim bundan öncə irəli sürdüyümüz təkliflərgündəmdə qalmalı və heç bir dəyişiklik edilməməlidir. Bu isə indiki haldamümkün deyil, ona görə ki, Azərbaycan rəsmən 5+2 variantından imtina edib”.

Analitik vurğulayıbki, Putin həm də maraqlar balansının təmin olunmasını da önə çəkib:

"Bu maraqlar balansıAzərbaycanla Ermənistana yox, daha çox Rusiyanın maraqlarına aiddir. Yəni,Moskva üçün artıq Ermənistan deyilən bir anlayış yoxdur, Moskva indi yalnız özmaraqlarının təminatının tam itirilməməsinin dərdindədir. Moskva rəsmən tələbedir ki, hər şeyə rəğmən, mənim maraqlarımı mütləq təmin etməlisən. Bu isə rəsmənAzərbaycanda təsir rıçağı saxlamağa hədəflənib. Buna görədir ki, artıq Putin sonbir həftə ikinci dəfə konfliktin etnik köklərinin olmasıyla bağlı məsələni diləgətirir. Moskva israrla konfliktin etnik olması ilə bağlı məsələni gündəmdəsaxlamaq istəyir. Yəni, bir tərəfdən özünü xristianların qoruyucusu olaraq təqdimedən Moskva kiçik və əzilmiş xalqı qorumaq görüntüsü yaratmağa çalışır və Azərbaycanabununla bağlı mesaj verir. Digər tərəfdən etnik məsələni gündəmdə saxlamaqla AzərbaycandanQarabağdakı ermənilər üçün nəsə almağa çalışır. Hətta bunu ala bilməyəcəyi təqdirdəbelə bu məsələni gündəmdə saxlayaraq, Qarabağla bağlı yekun müqaviləninbağlanmasına imkan vermək istəmir”.

Analitikə görə, Moskvanınplanları dəyişməz qalır:

"Kreml faktiki olaraqQarabağda məğlub olur və ona görə də çarə axtarır. Hər bir halda görünən odurki, Cenevrə görüşləri çox çətin keçəcək və Moskva israrla, hətta təhdidə cəhdedərək Azərbaycandan nəsə əldə etməyə cəhd edəcək. Paşinyanın Azərbaycanınqarşısından geri çəkilmək istəməməsinin səbəbi məhz bununla bağlıdır”.

Bahar Rüstəmli

Mənbə: qaynarinfo.az