Adil Əliyev Moldovada keçiriləcək prezident seçkilərə hazırlıqla tanış olub - VİDEO

Adil Əliyev Moldovada keçiriləcək prezident seçkilərə hazırlıqla tanış olub - VİDEO

Moldovada keçiriləcək prezident seçkilərində MDB PA-nın müşahidə qrupunun rəhbəri Milli Məclis Sədrinin müavini Adil Əliyev Qaqauziya Muxtar Respublikasına səfər edib.

Bu barədə Moldovanın Qaqauziya Muxtar Respublikasının rəhbəri İrina Vlaxın rəsmi “Facebook” hesabında paylaşım edilib.

Qaqauziya Muxtar Respublikasına səfərdən məmnunluğunu ifadə edən Adil Əliyev seçki əhval-ruhiyyəsinin yüksək olduğunu bildirib. Milli Məclis sədrinin müavini həmçinin ikitərəfli münasibətlərin daha da inkişafına ümid etdiyini qeyd edib.

Xatırladaq ki, Moldovada prezident seçkiləri noyabrın 1-də keçiriləcək. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, prezident seçkilərində iştirak üçün 13 namizəd qeydə alınıb.

Mənbə: paralel.az