Yunanıstanın Baş naziri Türkiyə Prezidentinə zəng edib

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyənin Egey bölgəsində baş verən zəlzələ ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana zəng edib.

Redaktor.az xəbər verir ki, liderlər qarşılıqlı olaraq bir-birilərinə “keçmiş olsun” deyiblər.

Türkiyənin dövlət başçısı ehtiyac yaranarsa Yunanıstana yardım etməyə hazır olduqlarını ifadə edib.

Qeyd edək ki, Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias da təbii fəlakətlə bağlı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğuluna zəng edib. //AZƏRTAC

 

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

"Başakşəhər"də koronavirus

SONRAKI XƏBƏR

Putin Ərdoğana zəng vurdu