“Türkiyəyə kömək etmədik” – Alman hökumətindən şok etiraf

“Türkiyəyə kömək etmədik” – Alman hökumətindən şok etiraf

 

Almaniya hökuməti Türkiyənin FETÖ ilə bağlı tələblərinə cavab verib.

Teleqraf.com xəbər verir ki, hökumətə ünvanlanan suala cavab olaraq Türkiyəyə FETÖ ilə bağlı hər hansı yardımın edilmədiyi bildirilib.

Məlumatda ötən aylarda Türkiyədən FETÖ ilə bağlı rəsmi Berlinə sorğu ünvanladığı bildirilib.

Alman hökumətinin soğruya cavabı belə olub: “Türkiyədən tələblərin gəlməsinə baxmayaraq, heç bir şəkildə qarşılıqlı hüquqi yardım edilməyib”.

Almaniya 15 İyul dövlət çevrilişinə cəhddən sonra FETÖ üzvlərinin ən çox sığınacaq tələb etdiyi ölkələrdən biri olub. Belə ki, alman hökuməti bu günədək Zəkəriyya Öz və Adil Öksüz kimi məşhur FETÖ üzvlərinin Almaniyaya sığınması barədə iddialarını cavabsız qoymuşdu.

 

Mənbə: teleqraf.com