“Ermənilər tarixin bütün dövrlərində bizim cəsədlərə qarşı təhqiramiz əməllərə yol verib”

“Ermənilər tarixin bütün dövrlərində bizim cəsədlərə qarşı təhqiramiz əməllərə yol verib”

Naqif Həmzəyev: “Onlar gec-tez törətdikləri əməllərə görə hüquqi müstəvidə cavab verəcəklər”

Bu gün Baş prokurorKamran Əliyev mediaya verdiyi açıqlamada ermənilərin cəsədlər üzərində təhqiramizəməllərə yol verdiyini, habelə əsir düşən bəzi hərbçilərə yaxın məsafədən atəşaçaraq onları qətlə yetirdiklərini bildirib.

Ermənilərin sözügedəncinayətlərini əks etdirən foto-video materialların beynəlxalq miqyasdaictimaiyyiləşdirilməsi, beynəlxalq təşkilatların və dünya birliyinin diqqətinəçatdırılması erməni vəhşiliyinin ifşası baxımından faydalı ola bilərmi?

Moderator.az-a açıqlamaverən millət vəkili Naqif Həmzəyev, ermənilərin tarixən bu cür vəhşi əməllərtörətdiyinə diqqət çəkdi:

“Ermənilər yalnız bu gündeyil, tarix boyu insanlığa sığmayan əməllər törədiblər. Erməni dövləti terror dövlətidir.Onlar həmişə böyük güclərin əlində alət olublar. Erməniləri region üçün təhlükəyəçevirən ən başlıca məqam da onların böyük güclərin sifarişlərini yerinə yetirəntoplum olması ilə bağlıdır.

Bu gün Azərbaycan özhaqlı mübarizəsini – Vətən Müharibəsini aparır. Bizim heç kimin torpağındagözümüz yoxdur. Biz öz torpaqlarımızı işğaldan azad edirik. 1905, 1918-ci ildəbizə qarşı ermənilər tərəfindən soyqırımlar törədilib. Hansı ki, o zaman bizimdədələrimiz, babalarımız erməni vəhşiliklərinə şahid olub. Bu vəhşiliklər tarixisənədlərdə də öz əksini tapır. 1992-ci ilin Xocalı faciəsində də hər kəs ermənivəhşiliyə şahid oldu. Bu vəhşilik foto-video materiallarda öz əksini tapdı.

Ermənilər bu günlərdə dədinc əhalinin məskunlaşdığı iri şəhərlərəistifadəsi qadağan olan raketlər atırlar. Bu hücumlar çox zaman gecəsaatlarında - insanların yatdığı vaxtreallaşır ki, məqsəd mümkün qədər çoxlu sayda mülki şəxsin qətlinə nailolmaqdır. Bu faktlar bir daha sübut edir ki, ermənilər öz insanlıqlarınıitiriblər və onlar xəstə təxəyyülə sahibdirlər. Onlardan insanlıq, humanizmgözləmək sadəlövhlükdür.

Ermənilər təəssüflər olsunki, hər zaman bizim cəsədlərə qarşı təhqiramiz əməllərə yol veriblər,qeyri-insani davranışlara imza atıblar. Bu gün də onlar eyni vəhşilikləri törətməkdədir.Bu gün Baş Prokurorluq və digər əlaqədar qurumlar tərəfindən erməni cinayətlərisənədlər şəklində toplanır, baş verənlərlə bağlı cinayət işləri qaldırılır. Hesabedirəm ki, ermənilər gec-tez törətdikləri əməllərə görə hüquqi müstəvidə cavabverəcəklər.

Əvvəlki dövrlərdən fərqliolaraq, beynəlxalq media da erməni vəhşiliklərinin ifşa edilməsində iştirakedir. Sevindiricidir ki, bu gün dünya ictimaiyyəti ermənilərin Azərbaycanmxalqına qarşı törətdiyi vəhşilikləri görür. Beynəlxalq təşkilatlar da ermənilərinBərdədə törətdiyi terror aktından sonra işğalçını ifşa edən müəyyən bəyanatlarsəsləndirməyə başladılar. Düşünürəm ki, ermənilərin atdığı hər addım, törətdiklərihər vəhşilik mahiyyət etibarı ilə onların zərərinə işləyir. Işğalçılar bir dövlətolaraq öz mövcudluqlarını saxlamaq istəyirlərsə, o zaman işğal etdikləritorpaqları tərk etməli, öz vəhşiliklərindən əl çəkməlidirlər. Əks təqdirdə,şanlı Azərbaycan ordusu bundan sonra da döyüş meydanında düşməni cəzalandırmaqda,ona bir-birindən acı məğlubiyyətlər yaşatmaqda davam edəcək”.

Mənbə: moderator.az