Azərbaycanın tamamilə yerli istehsal olan - YENİ DRONU VAR - “ZƏRBƏ” NƏYİ BACARIR?

Düzgün innovativ həllər yalnız vətəndaşların rahatlığı yox, həmçinin Vətənin təhlükəsizliyi ola bilər. Bu gün Ordumuzun pilotsuz uçan aparatlardan (PUA) geniş istifadə etməsindən hamı məlumatlıdır. Hər kəs Türkiyə istehsalı "Bayraktar" PUA-larından danışır.

İnnovasiyalar Agentliyindən FED.az-a bildirilib ki, döyüşlərdə Azərbaycanın milli dronu olan "Zərbə" PUA-larından da istifadə olunur.

"Zərbə" PUA-larındakı xüsusi izləmə mini optik kamerası istisna olmaqla (kamera Çindən idxal olunur) tamamilə yerli istehsaldır. "Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir. Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik "K1-Zərbə” mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər.

Aparat elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Fed.az

ƏVVƏLKİ XƏBƏR

Şirkət işçiləri məsuliyyətli olmaları üçün özlərini döydülər - VİDEO

SONRAKI XƏBƏR

Polad Həşimovun adı İstanbulda kitabxanaya veriləcək