Baş prokuror: “Əlimizdə tutarlı faktlar var“ (VİDEO)

Baş prokurorluq diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirdiyi brifinqdə sentyabrın 27-dən Ermənistan ordusunun Azərbaycana qarşı törədilən ümumi cinayətin istintqaının ilkin nəticələrini açıqladı.

Azərbaycanın Gəncə, Bərdə, Tərtər, Mingəcevir, digər şəhərlərində mülkü əhaliyə, həmçinin strateji obyektlərə qarşı törədilən cinayət işləri faktlarla brifinqdə iştirak edən beynəlxalq təşkilatların nümayəndələrinin və KİV -nin diqqətinə çatdırıldı.

Baş prokuror bildirdi ki, mülki əhalinin hədəfə alınmasında çox amansız və istifadəsi qadağan edilən silahlardan istifadə olunub.

Kamran Əliyev onu da əlavə etdi ki, Araik Arutunyan və digərləri sosial şəbəkələrdə Azərbaycanın dinc əhalisini məhv etməyə dair çağırışlar ediyinə görə cinayət məsuliyyətinə cəlb olunacaq.

Baş prokuror həmçinin Ermənistanın muzdlulardan istifadə etməsi ilə bağlı kifayət qədər təsdiqedici faktların olduğunu bildirdi.

Azərbaycan hərbçilərinə qarşı düşmən tərəfindən törədilən cinayətlərlə bağlı Hərbi Prokurorluqda 4 cinayət işinin başladğını deyən baş prokurorun sözlərinə görə, əldə olunan sübutlara əsasən, Azərbaycandan əsir düşən şəxslərə qarşı çox amansız davranırlar. Bunu isə hesabını Ermənistan tərəfi ödəyəcək.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Dilqəmlə Şahbazı Şuşa türməsindən çıxarıb yeraltı sığınacaqda yerləşdiriblər...

SONRAKI XƏBƏR

Sizinlə eyni kökdən olduğumla fəxr edirəm – Ankaradan Ali Aras İlham Əliyevə yazdı...