Hansı ölkədə yaşamağımızdan asılı olmayaraq... “Rus-Azərbaycan evi” regional təşkilatının sədri Mayis Məmmədov Prezident İlham Əliyevə yazdı...

Hansı ölkədə yaşamağımızdan asılı olmayaraq... “Rus-Azərbaycan evi” regional təşkilatının sədri Mayis Məmmədov Prezident İlham Əliyevə yazdı...

“Sentyabrın 27-də Ermənistanın Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə hücumuna cavab olaraq Azərbaycan Ordusunun başlatdığı və işğal edilmiş ərazilərin azad olunmasına yönəlmiş hərbi əməliyyatlar gedişində şəhid olmuş qardaşlarımıza görə “Rus–Azərbaycan Evi” Regional İctimai Təşkilatı adından və şəxsən öz adımdan bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Dinc əhali arasında həlak olanlar, yaşayış binalarında, eləcə də məktəblər və uşaq bağçaları daxil olmaqla ictimai binaların dağıdılması bizi hədsiz kədərləndirir. Dinc əhaliyə qarşı silah və güc tətbiqini biz qətiyyətlə pisləyirik.

Hazırda biz – Sizin soydaşlarınız Vətəndən uzaqda olsaq da, cərəyan edən hadisələri, 30 ilə yaxın işğal altında olmuş torpaqlarımızın Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində azad edilməsi prosesini diqqətlə izləyir, haqq-ədalət mübarizəsində Sizi dəstəkləyirik, çünki həmvətənlərimizin taleyinə biganə qala bilmərik. Bizim ürəklərimiz Azərbaycanla həmahəng döyünür.

Ümid edirik ki, əldə olunmuş müvəqqəti atəşkəs münaqişənin nizamlanması üçün yeni imkan yaradacaq. İnanırıq ki, tarix və beynəlxalq hüquq nöqteyi-nəzərindən haqlı olan Azərbaycan döyüş meydanlarında olduğu kimi, diplomatiya sahəsində də öz üstünlüyünü davam etdirəcək, ədalətli mübarizəsini sona çatdıraraq Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasına nail olacaq, regionda sabitliyi, sülhü və asayişi bərpa edəcəkdir.

İndi bizim gözəl ölkəmiz yeni sınaqla üz-üzədir. Lakin ötən illərin təcrübəsi bizə inanmağı, mübarizə aparmağı və qalib gəlməyi öyrədib.

...Mən Sizin strateji siyasətinizi dəstəkləyir və qürur duyuram. İnanıram ki, qətiyyətli rəhbərliyiniz və həmişə xalqı doğru yola istiqamətləndirən müdrikliyiniz sayəsində bundan sonra da sülhü və hər kəs üçün rifahı təmin edəcəksiniz. Hansı ölkədə yaşamağımızdan asılı olmayaraq biz – soydaşlarınız Sizin siyasətinizi dəstəkləyirik, Azərbaycanda sabitlik və firavanlıq naminə əlimizdən gələni edəcəyik.

Rusiya ilə Azərbaycan arasında böyük dostluq bir çox nəsillərdən bəri davam edir, Rusiya və Azərbaycan xalqları çətin vəziyyətdə bir-birlərinə kömək etməyə həmişə hazırdırlar. Ümidvaram ki, Rusiya – Azərbaycan dostluğu illər keçdikcə hər iki dövlətin tərəqqisi, rifahı və əməkdaşlığı naminə daha da dərinləşəcək, inkişaf edəcək və möhkəmlənəcək”.

Bu fikirləri Rusiya Federasiyasının Novosibirsk şəhərindən “Rus–Azərbaycan evi” regional ictimai təşkilatının sədri Məmmədov Mayis Pirverdiyeviç Prezident İlham Əliyevə müraciətində bildirib.

 

Mənbə: www.baki-xeber.com