Moskva vilayətinin Lenin rayonundan Azərbaycan Prezidentinə məktub - Namiq Əlimuradov nə yazır…

Moskva vilayətinin Lenin rayonundan Azərbaycan Prezidentinə məktub  - Namiq Əlimuradov nə yazır…

Rusiya Federasiyasının Moskva vilayətinin Lenin rayonundan Əlimuradov Namiq Mayıl oğlu da Prezident İlham Əliyevə müraciət ünvanlayıb:

“Artıq bir aydır ki, doğma Vətənim sevimli Azərbaycanımda baş verən hadisələri izləyirəm. Qarabağ torpaqlarının qaytarılması uğrunda savaşda Azərbaycan Ordusunun növbəti uğuru barədə hər dəfə xəbər alanda sevinc və qürur hissləri keçirirəm.

Vətəndən xeyli uzaqda olmağım heç bir zaman mənim Azərbaycana sevgimi azalda, ölkəmə görə duyduğum fəxarət hissini zəiflədə bilməz!

...Sizə, eləcə də Azərbaycan xalqına mətanət, əzm və bütün işlərdə uğurlar arzulayıram.

Valideynlərimizin bizə təlqin etdiyi və Azərbaycanda yaşayan bütün xalqlara xas olan qüvvətli haqq-ədalət hissi bizi baş verən hadisələrə biganə qalmağa qoymur.

Hər an Azərbaycanın köməyinə gəlməyə hazıram. Sözdə də, əməldə də!

Bizim hamımıza, xüsusən də Sizə uğurlar diləyirəm, cənab Prezident. Haqq kimin tərəfindədirsə, o qalib gəlir, çünki haqq güclüdür.

Qarabağ Azərbaycandır!” - deyə soydaşımız ölkə başçısına müraciətində vurğulayır.

 

Mənbə: www.baki-xeber.com