Hacıqabulun ağsaqqallarından İlham Əliyevə müraciət – Biz yaşlı olsaq da...

Hacıqabulun ağsaqqallarından İlham Əliyevə müraciət  – Biz yaşlı olsaq da...

Hacıqabul şəhərindən Hacıqabul rayon Ağsaqqallar Şurası tərəfindən Prezident İlham Əliyevə müraciət edilib. “Sizi torpaqların işğaldan azad olunması münasibəti ilə təbrik edirik.

Sizin daxili və xarici siyasətiniz sayəsində torpaqlarımız azad olunur. Buna görə də bütün Azərbaycan xalqı Sizi alqışlayır. Hacıqabul ağsaqqalları da Sizə minnətdarlıq edir. Biz yaşlı olsaq da, Sizin bir əmrinizlə döyüşə girməyə hazırıq. İnanırıq ki, qalan torpaqlarımız da Sizin rəhbərliyinizlə geri alınacaq.

Allah Sizə, döyüşən əsgərlərimizə kömək olsun. Biz ağsaqqallar da Sizə hər an arxayıq.

… Allah Sizə bu müqəddəs haqq yolunda kömək olsun. Erməni nədir ki, Azərbaycan Ordusunun qarşısında tab gətirə bilsin.

İnanırıq ki, bizim bayrağımız bütün rayonlarda dalğalanacaq. Sizə işlərinizdə müvəffəqiyyətlər arzu edirik” - deyə Hacıqabul rayon Ağsaqqallar Şurasından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə qeyd edilir.

Mənbə: www.baki-xeber.com