Kəlbəcərdə kim qanunsuz qızıl axtarışı aparıb? - Hacıyev AÇIQLADI

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki hesabında işğal edilmiş Kəlbəcərdə qızılın qanunsuz axtarışı ilə məşğul olan Vardan Sermakeslə bağlı paylaşım edib.

Publika.az xəbər verir ki, paylaşımda deyilir:

"FranckMuller” saatlarının banisi Vardan Sermakes Kəlbəcərin işğal edilmiş Veynəli kəndində qızılın qanunsuz kəşfiyyatı ilə məşğul olub. Bu, qızıl mədənləri işğaldan azad edilən Veynəli kəndidir. Bizdə Sermakesə qarşı cinayət işinin qaldırılması üçün yerlərdə daha çox fakt olacaq".

Publika.az

ƏVVƏLKİ XƏBƏR

İndoneziya KİV-ləri Ermənistan ordusunun Azərbaycan şəhərlərinə raket hücumlarını geniş işıqlandırır

SONRAKI XƏBƏR

Ata-baba torpaqlarını qaytarana Allah xeyir-dua verir - “Həyatverici Lütf” dini icmasından Azərbaycan Prezidentinə məktub...