“Bizi heç bir təhlükə təhdid etmir” – İranlı generaldan Qarabağ açıqlaması

“Bizi heç bir təhlükə təhdid etmir” – İranlı generaldan Qarabağ açıqlaması

“Hazırda İranın şimal-qərb sərhədlərini heç bir təhlükə təhdid etmir”.

Teleqraf.com xəbər verir ki, bunu İran Quru Qoşunlarının komandanı, general Kiyumərs Heydəri deyib.

General mediaya açıqlamasında Ermənistan və Azərbaycan arasındakı silahlı qarşıdurmadan danışıb:

“Hazırda İranın şimal-qərb sərhədlərini (Azərbaycanın işğaldan azad edilmiş yeni əraziləri istiqamətindən – red) heç bir təhlükə təhdid etmir. Hərbi qüvvələrimiz ölkənin şimal-qərb sərhədlərinə yerləşdirilib. Hədəfimiz sərhəd məntəqələrini qorumaqdır.

Bizim münaqişə tərəfi olan hər iki qonşu ölkə ilə normal münasibətlərimiz var. Bu günə qədər həm Azərbaycan, həm də Ermənistanla münasibətlərimiz yaxın qonşuluq prinsiplərinə əsaslanıb. Bunları nəzərə alaraq, biz hər iki ölkəyə tövsiyə edirik ki, münaqişəni danışıqlar masasında həll etməyə çalışsınlar”.

Mənbə: teleqraf.com