"Bu gün Azərbaycan heç bir beynəlxalq hüququ tanımayan azğın Ermənistanla üz-üzədir"

"Bu gün Azərbaycan heç bir beynəlxalq hüququ tanımayan azğın Ermənistanla üz-üzədir"

"Amnesty International" və "Human Rights Watch"un öz qərarları ilə Ermənistanın müharibə qaydalarını pozmasını təsdiqləməsi Azərbaycan cəmiyyətində çox təəccüblü qarşılanır, çünki onlar Azərbaycana qarşı həmişə qeyri-obyektiv mövqe sərgiləyiblər.

Demokratikmusavat.com bildirir ki, bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu təşkilatlar bir qayda olaraq, öz hesabatlarında Azərbaycanda gedən yeniləşməni, müasirləşməni əks etdirmirlər:

"Ancaq bu dəfə Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı etdiyi vəhşilik o formadadır ki, bu təşkilatlar onu etiraf etməyə məcburdurlar. Onlar bunu etiraf etməsəydilər, ağa açıq şəkildə qara deyəcəkdilər. Cəbhə xəttindən uzaq bir yerdə yaşayış evlərinin, əhalinin raket atəşinə tutulması, insanların öldürülməsi və yaralanması beynəlxalq ictimaiyyətin və xarici ölkə mətbuatının şahidlik etdiyi bir hadisə oldu. Proseslərin sonrakı gedişatı göstərəcək ki, bu təşkilatlar öz faəliyyətlərində dəyişiklik edib obyektiv qalacaqlar, yoxsa bir dəfə obyektivliyi etiraf etdikdən sonra yenidən köhnə qaydalarına qayıdacaqlar... Amma reallıq odur ki, bu gün Azərbaycan azğın, heç bir beynəlxalq hüququ tanımayan Ermənistanla üz-üzədirr".

Mənbə: demokratikmusavat.com